Delta Telecom internet provayderi qiymətləri endirir

img

24-08-2010 [11:29]


Azərbaycanın əsas internet təchizatçısı Delta Telecom şirkəti sentyabr ayının 1-dən respublikanın ikinci provayderləri üçün qiymətlərinin endirilməsi barədə elan edib. Şirkətin məlumatında bildirilir ki, ümumi kanal tutumu 100Mb/s-dən çox olan provayder şirkətlər sentyabrın 1-dən əlavə aldıqları hər 1 Mb/s üçün aylıq 50 manat ödəyəcəklər. Qiymətlərin endirilməsinin əsas məqsədi əhalinin internet xidmətlərindən daha çox istifadə etməsi, son müştərilərə göstərilən internet xidmətlərinin keyfiyyətinin yüksəldilməsidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA