Azər Sarıyev: "Mən heç yerə getməmizəm öz izimdəyəm"

img

19-08-2010 [01:34]


Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla qurumun mətbuat və informasiya mərkəzinin rəhbəri Azər Sarıyev arasında qarşıdurma yaranıb. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla qurumun mətbuat və informasiya mərkəzinin rəhbəri Azər Sarıyev arasında qarşıdurma yaranıb. Müstəqil İnformasiya Agentliyi ?Qafqazinfo?ya istinadən xəbər verir ki, bu qarşıdurmaya görə A.Sarıyev işdən azad olunması ilə bağlı ərizə yazıb. MSK sədri isə onun işdən çıxarılması, Şırzad Məmmədlinin mətbuat və informasiya mərkəzinin rəhbəri təyin olunması barədə əmr verib. Hadisənin ötən həftə baş verdiyi bildirilir. İstefa ərizəsini yazdıqdan sonra isə A. Sarıyev Türkiyəyə gedib. MSK-dakı mənbənin verdiyi məlumata görə M. Pənahovun A. Sarıyevə təzyiq etməsinə onun ?Mərkəz? qəzetinə verdiyi müsahibə səbəb olub. Müsahibədə A. Sarıyev kirayədə yaşadığını və bunu heç kimə arzu etmədiyini bildirib. Buna görə də o siqaret çəkdiyini deyib: ?Əsəbiliyi məndə kirayəçilik yaradıb. Nəçə illərdir ailə ilə mənzil dəyişmək tamam səbirli, əsəbiləri dəmirdən olan adamı da hövsələdən çıxarar. Belə şeyi heç kimə arzulamıram. Normal evim olsa çalışacam ki, siqareti atım?. A. Sarıyevin bu müsahibəsi MSK sədrini əsəbləşdirib və ona bildirib ki, işindən razı deyilsə çıxsın. A. Sarıyev də analoji addımı atıb. Amma sonradan MSK Aparatı və həmçinin daha yüksək səlahiyyətli dövlət qurumlarının işə qarışmasından sonra M. Pənahov A.Sarıyevi işə bərpa edib. A.Sarıyevin bu günlərdə öz vəzifəsinə qayıdacağı gözlənilir. Qeyd edək ki, M. Pənahov sonuncu bələdiyyə seçkiləri günü də A.Sarıyevi işdən çıxarmışdı. Amma bir neçə saat sonra onu yenidən işə bərpa etmişdi. Azər Sarıyev MİA-ya açıqlamasında isə bildirib ki, onun işdən çıxarılması ilə bağlı yayılan informasiya həqiqətə uyğun deyil: "Dünən MSK iclasında iştirak etməmişəm Şirzad Məmmədli mənə əvəz edib. Buna istinad edərək bəziləri belə bir məlumatı yayıblar. Mən heç yerə getməmişəm öz işimdəyəm".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA