Heydər Əliyev Fondu inza müsabiqəsinin qaliblərini Avropaya göndərib

img

17-08-2010 [03:48]


Heydər Əliyev Fondunun təşəbbüsü ilə məktəblilər arasında keçirilmiş inşa müsabiqəsində qalib gəlmiş 20 şagirdin Fransa, Almaniya, Niderland və Belçika krallıqlarına səfərləri təşkil edilib. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təşkil edilən səfər Fransanın paytaxtı Parisdən başlayıb. Heydər Əliyev Fondundan verilən məlumata görə, məktəblilər, həmçinin Almaniyanın Köln şəhəri ilə tanış olmuş, Belçikanın Brüssel, Brüqqe, Namur və Dinant şəhərlərinə səfər etmiş, Niderland Krallığının paytaxtı Amsterdamın tarixi yerlərini, muzeylərini gəzmişlər. Zəngin təəssüratla yadda qalan səfərin son günündə nümayəndə heyəti Brüssel yaxınlığındakı Vaterloo şəhərini gəzmiş, tarixi keçmişi yaşadan muzeyləri ziyarət edərək maraqlı məlumatlar əldə etmişlər. Xatırladaq ki, ənənəvi olaraq keçirilən ?Heydər Əliyev uşaqların gözü ilə? inşa müsabiqəsində 600 mindən artıq şagird iştirak etmişdir. Yarışmanın son mərhələsində 96 şagird seçilmiş və münsiflər heyətinin qərarına əsasən 21 şagird müsabiqənin qalibi olmuşdur. Onlardan beşi 1-ci yer, daha beş nəfər 2-ci yer, on biri isə 3-cü yerə layiq görülmüşdür. Fərqlənən 56 şagird fəxri fərmanla mükafatlandırılmış, 87 məktəblinin inşa yazısı kitab halında nəşr olunmuşdur. Onlardan 10?u Naxçıvan Muxtar Respublikasındandır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA