“Müttəfiqlərimizə təzyiqdir” - Rusiya Azərbaycanı müdafiə etdi

img

08-09-2017 [15:30]


"The Guardian” qəzetində Azərbaycanla Rusiya arasında silah satışına dair saxta məlumatların yayılması Rusiyanın müttəfiqlərinə təzyiqi artırmaq kimi qiymətləndirilməlidir.

Modern.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova brifinqdə deyib.

M.Zaxarova qeyd edib ki, bu, Rusiyaya bir neçə istiqamət üzrə informasiya təzyiqlərinin edildiyini göstərir:

"Rusiyalı jurnalistlərə təzyiqlər edilir, onlar informasiya məkanından sıxışdırılıb çıxarılır. Bu, müxtəlif formalarla həyata keçirilir ki, bütün bunlar da saxta xəbərlərin hesabına baş verir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA