“Pasportumu oğurladılar, həyatım təhlükədədir” - Saakaşvili

img

11-09-2017 [16:01]


Odessanın sabiq qubernatoru Mixail Saakaşvili Ukraynaya qayıtmasının səbəblərini açıqlayıb.

"Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, Saakaşvili vətəndaşlıqdan məhrum edilməsinə məhkəmədə etiraz etmək, Ukraynanın gələcəyi uğrunda mübarizəni davam etdirmək üçün qayıtdığını deyib.

O, Ukrayna xalqını çox sevdiyini, onlara görə canından keçməyə hazır olduğunu söyləyib. Eks-qubernator onu da qeyd edib ki, həyatı, azadlığı, eləcə də, ölkənin mövcudluğu təhlükə altındadır.

Saakaşvili, həmçinin ukraynalı polisləri pasportunu oğurlamaqda ittiham edib:

"Sərhədə gələn zaman birdən insanlar məni əhatəyə aldılar və apardılar. Bu zaman Ukrayna pasportumu avtobusda qoydum, sonra isə polis gəldi və onu oğurladı”.

M. Saakaşvili onu da əlavə edib ki, Ukraynaya qayıdışı qanunidir və hazırda leqal şəkildə ölkədədir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA