III MDB Oyunları: Azərbaycanın bayraqdarları bəlli oldu

img

26-09-2025 [10:12]


III MDB Oyunlarının açılış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Mia.az-a bildrilib ki, sentyabrın 28-də Gəncə şəhər stadionunda keçiriləcək III MDB Oyunlarının açılış mərasimində Azərbaycan bayrağını karateçi Asiman Qurbanlı və taekvondoçu Zemfira Həsənzadə daşıyacaq.

Asiman Qurbanlı III MDB Oyunlarında çıxış edəcək ən titullu idmançılardan biridir. O, üçqat Avropa çempionu, 2019-cu il II Avropa Oyunlarının və III İslam Həmrəyliyi Oyunlarının qalibi, 2011-ci il dünya çempionatının gümüş mükafatçısıdır.

Zemfira Həsənzadə olimpiya çəki dərəcələrində Avropa çempionatının bürünc mükafatçısı, gənclər arasında Avropa çempionudur.

Xatırladaq ki, III MDB Oyunlarının açılış mərasimi sentyabrın 28-də, bağlanış mərasimi isə oktyabrın 8-də Gəncə şəhərində keçiriləcək. Yarışlar isə Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərinin 12 idman məkanında təşkil olunacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA