Netanyahu BMT kürsüsündə protesto olundu, zal boşaldı, lakin... - FOTO, VİDEO

img

26-09-2025 [17:31]


Bu gün Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının sessiyasına qatılan İsrailin baş naziri Benyamin Netanyahu tribunada çətin vəziyyətdə qalıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, çıxış  üçün tribunaya qalxarkən zal sürətlə boşalmağa başlayıb.

Məlumata və yayılan videolardann görünür ki, zalda cəmi 5-6 nəfər qalır, qalanları sırasıyla salonu tərk edirlər.

Lakin buna baxmayaraq, Benyamin Netanyahu çıxışını davam etdirib. O, Qəzza və İrana qarşı əməliyyatdan danışıb və ölkəsinin təhlükəsizliyi naminə addımlar atdıqlarını bəyan edib.

Samir MUSAYEV
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA