Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...

img

22-03-2026 [23:21]


Televiziyada qalmaqalları ilə məşhurlaşan bir çox veriliş bağlandı. Amma onlardan heç də geri qalmayan bir veriliş necə oldusa, bu qadağalardan yan keçə bilib.

Bəlkə unudulub, bəlkə də unutdurulub. Söhbət Xəzər TV efirində Lalə Azərtaşa məxsus verilişdən gedir. Lalə Azərtaş verilişində guya hamının dərdinə çarə tapır.

Amma maraqlısı odur ki, Xəzər TV rəhbəri Murad Dadaşov nədənsə öz verilişinin imkanlarından istifadə etməyərək sağlamlığının bərpasını Avropa həkimlərinə etibar edib.

Qoca qitədə əməliyyat olunub. Halbuki Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər min bir dərdin dərmanını, çarəsini bilən uzmanlar kimi qələmə verilərək yüksək məbləğə reklam olunurlar. İndi məlum oldu ki, bunlar hamısı reklam, pul xatirinə təbliğ olunan adamlardılar.

Əks halda Murad Dadaşov elə ölkə daxilində səhhəti ilə məşğul olar, Lalə Azərtaşın həkimlərinə sağlamlığını etibar edərdi. Deməli, hər şey göründüyü kimi deyil.

Sima Babayeva

P.S. Yazı müəllifin Feysbuk-dakı hesabında yayımlanıb.

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA