Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)

img

23-03-2026 [16:42]


Ağdaşda qadının oğlu tərəfindən öldürməsi faktı ilə bağlı cinayət işi başlanılıb.

Mia.az xəbər verr ki, bu barədə Ağdaş rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, martın 23-də Ağdaş rayonunun Aşağı Qobuüstü kəndi ərazisində 1956-cı il təvəllüdlü Anaxanım Əbilovanın üzərində xəsarətlər olan meyitinin aşkarlanması barədə rayon ptokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla Anaxanım Əbilovanın 1989-cu il təvəllüdlü Rahib Əbilov tərəfindən qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə başlanıb, R.Əbilov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Ağdaşda anasını qətlə yetirməkdə şübhəli bilinən oğlu polis tərəfindən saxlanılıb.

Mia.az xəbər verir ki, martın 23-də səhər saat 6 radələrində Ağdaş rayonunun Aşağı Qobuüstü kəndində 1956-cı il təvəllüdlü Anaxanım Əbilovanın üzərində xəsarətlər olan meyiti aşkarlanıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən qadının oğlu, 37 yaşlı Rahib Əbilov saxlanılıb.

Araşdırma aparılır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA