"MEDİA könüllüləri" proqramına qeydiyyat elan olunub

img

26-09-2025 [14:49]


Medianın İnkişafı Agentliyi (MEDİA) "MEDİA könüllüləri" proqramına yenidən qeydiyyat elan edib.

Mia.az xəbər verir ki, bu barədə MEDİA məlumat yayıb.

Bildirilib ki, proqram müddətində könüllülərin nəzəri və təcrübi biliklər qazanması üçün Medianın İnkişafı Agentliyinin müvafiq struktur bölmələrində, həmçinin müxtəlif media subyektlərində təşkil ediləcək təcrübə proqramlarında, təlim və layihələrdə iştirakı nəzərdə tutulur.

Proqram 3 ay müddətində davam edəcək, könüllülük fəaliyyətini uğurla başa çatdırmış və öz öhdəliklərini yerinə yetirmiş könüllülər Agentlik tərəfindən sertifikatla təltif olunacaqlar.

Müraciət üçün son qeydiyyat tarixi 6 oktyabrdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA