Ermənistan vətəndaşları Bakıda hakim qarşısında: Aprel döyüşləri ilə bağlı sənədlər elan olunub
26-09-2025 [20:32]
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası sentyabrın 26-da davam etdirilib.
Mia.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Məhkəmə iclasının əvvəlində sədrlik edən Z.Ağayev Azərbaycan və rus dillərində təqsirləndirilən şəxsin hüquq və vəzifələri haqqında bildirişin təqsirləndirilən şəxs David Babayana təqdim edilməsi üçün göstəriş verib və sənəd D.Babayana çatdırılıb (ötən prosesdə D.Babayan bu sənədin Azərbaycan və rus dillərində ona təqdim olunmasını xahiş etmişdi).
Daha sonra məhkəmə prosesi iş üzrə sənədlərin elan olunması ilə davam etdirilib.
Məhkəmədə Azərbaycan Respublikasının Milli Qəhrəmanı İbrahimov Mübariz Ağakərim oğlunun, habelə Abdullayev Əhməd Hüseynağa oğlunun ("İgidliyə görə" medalı ilə təltif edilib – red.) və Əhmədov Fərid Güloğlan oğlunun ("İgidliyə görə" medalı ilə təltif edilib – red.) və digər şəxslərin öldürülməsi faktları ilə bağlı sənədlər elan olunub.
Bundan başqa, Bayramov Pərviz Əlimahir oğlunun öldürülməsi, Rəşidov Səxavət Məmməd oğlunun, İbrahimov Aqil Vahid oğlunun, Məmmədov Tural Ağabala oğlunun, Əliyev Şamil Əlvan oğlunun, Əliyeva Ruqiyyə Rüstəm qızının xəsarət alması ilə bağlı sənədlər elan edilib.
Təqsirləndirilən şəxs Davit İşxanyan məhkəməyə müraciət edərək fasilə vaxtı öz vəkili ilə konfidensial qaydada görüşə icazə verilməsini xahiş edib. Sədrlik edən D.İşxanyanın vəsatətini təmin edib və ona fasilə vaxtı müdafiəçisi ilə konfidensial görüş keçirə biləcəyini deyib.
Ardınca cinayət işi üzrə digər sənədlər elan olunub.
Bundan başqa, Şahkərəmov Ağadadaş Şahkərəm oğlunun, Ağayev Ruslan Qabil oğlunun öldürülməsi, 2015-ci il iyulun 22-də N saylı hərbi hissənin hərbi qulluqçularının xəsarət almaları, Əliyeva Müşgünaz Əsgər qızının, Əhmədova Mədinə Əsgər qızının və Əliyeva Zəhra Samir qızının xəsarət almaları, Məmmədov Anar Yaşar oğlunun və Əhmədov Fuad Şaməddin oğlunun mina partlayışı nəticəsinə xəsarətlər almaları, habelə digər faktlar üzrə sənədlər elan olunub.
Daha sonra 2016-cı ilin aprel ayında baş vermiş hadisələrlə (Aprel döyüşləri – red.) bağlı sənədlərin bir hissəsi elan edilib. Elan olunan sənədlərdən biri N saylı hərbi hissənin hərbi qulluqçularının 2016-cı il aprelin 2-də Tərtər-Ağdam rayonları ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən atılmış atəşlə öldürülmələri və xəsarət yetirilmələri faktları ilə bağlı olub. Sənədə əsasən, Ermənistan silahlı qüvvələri Ağdərə, Tərtər-Ağdam istiqamətində Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı və artilleriya silahlarından intensiv atəşə tutması nəticəsində ölənlər və xəsarət alanlar olub.
Sənədlərlə eyni vaxtda, habelə bir sıra fotoşəkillər nümayiş etdirilib.
Məhkəmə prosesi sentyabrın 29-da davam etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar(azertac).
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində - CANLI YAYIM
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbıri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Şəmsi Səmədzadə axtarışa verildi
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesajı: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."
GENERAL İDARƏ RƏİSİ TƏYİN EDİLDİ - Xidmətdə növbəti dəyişiklik
64 yaşlı kişi dəm qazından ölüb
"Ramiz Mehdiyev dedi ki, onun evindəki telefonu kəsin" - "Yeni Azərbaycan" qəzeti tarixi faktları yazır
Abşeron İcra Hakimiyyətində bəzi şöbələr ləğv olunub - Yeni sektorlar yaradılıb, təyinatlar var
İcra başçısı Allahverdi Dəmirovun oğluna yeni vəzifə verdi
Təranə Salıfova icraçı direktorun müavini təyin edilib
Sumqayıt İH-də dəyişiklik olub
Sabiq deputat şikayətini geri götürdü - Məhkəmə iclası
İsrail Qəzzanı bombaladı: daha 9 nəfər öldü
Braziliyada avtobus qəzasına görə üç günlük matəmelan olunub
Bu ay 4 bürcə "günəş doğacaq"?
Azərbaycan kuboku: bu gün 1/4 final mərhələsinə start veriləcək
Mərkəzi Bank uçot dərəcəsini azaldıb, bəs illik inflyasiya? - QƏRAR