Serxio Buskets yaşıl meydanla vidalaşır: "Müqavilə yenilənməyəcək"

img

26-09-2025 [16:08]


Hazırda ABŞ-ın "İnter Mayami" koandasında forma geyinən  "Barselona"nın keçmiş ulduzu Serxio Buskets  mövsümün sonunda karyerasına son verəcək.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə 37 yaşlı futbolçunun özü açıqlama verib.

O, hazırkı klubu ilə daha müqavilə uzatmayacağını bildirib: "Mövsümün sonu yaşıl meydanla vidalaşacağam".

Xatırladaq ki, Serxio Buskets hazırda Lionel Messi və Luis Suareslə birlikdə "İnter Mayami"də tər tökür.

Fərid Aslan
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA