Azər Həsrət Türkiyə böyükelçiliyinin basın müzaviri ilə görüzüb

img

10-08-2010 [12:29]


Yeddi Dövlət ? Bir Millət Konseyinin başqanı Azər Həsrət Türkiyə Cümhuriyyəti Azərbaycan böyükelçiliyini ziyarət edərək yeni təyin edilmiş basın müşaviri Habib Kaya ilə görüşüb. Konsey başqanının istəyi ilə baş tutan görüşdə müşavirə Bursa mərkəzli Yeddi Dövlət ? Bir Millət Kültür və Dayanışma Dərnəyi, həmçinin dərnəyin baş təmsilçiliyi nəzdində fəaliyyət göstərən Yeddi Dövlət ? Bir Millət Konseyi haqqında bilgi verilib. Yeddi bağımsız türk dövlətindən ibarət birlik üçün vətəndaş təşəbbüsü göstərdiklərini deyən Azər Həsrət bu məqsədlə gördükləri işlər haqqında Habib Kayanı bilgiləndirib. O, 3 iyul 2010-cu ildə dərnəyin Bursa Yıldırım bələdiyyəsi ilə birlikdə açdığı Yeddi Dövlət ? Bir Millət bayraq meydanı, həmçinin qurumun təşkilatlanması və türk birliyinə doğru atılacaq addımlar haqqında bilgi verib. Konsey başqanı bildirib ki, təmsil etdiyi qurum türk birliyinin ən önəmli addımlarından biri kimi ortaq türk dilinin formalaşdırılmasını görür və bu yöndə müəyyən işlər də həyata keçirməkdədir. ?Biz çalışırıq ki, xüsusən bağımsız türk dövlətləri arasında olan əlaqələr daha da dərinləşsin və insanlarımız arasında təmaslar çoxalsın. Bunun üçün Orta Asiya türk dövlətləri, Azərbaycan, Türkiyə və Kuzey Kıbrıs arasında körpülərin qurulması üçün əlimizdən gələni edirik?, ? deyən Azər Həsrət bu işdə ölkələrimizdəki türk dövlətləri böyükelçiliklərinin də çox iş görə biləcəyini söyləyib. Öz növbəsində Habib Kaya da belə bir təşəbbüsün faydalı ola biləcəyini, türk dövlətlərinin yaxınlaşmasında vətəndaş cəmiyyəti qurumlarının oynaya biləcəyi rola önəm verdiklərini deyib. Tərəflər son zamanlar Qırğızıstanda yaşanan olaylar haqqında da fikir mübadiləsi ediblər. Azər Həsrət deyib ki, Qırğızıstanın ən qısa müddətdə böhrandan çıxa bilməsi üçün digər türk dövlətləri ortaq hərəkət etməli, iş adamlarımız bu ölkəyə yatırımlar qoymalıdır. Ortaq türk əlifbası haqqında da söz açan Azər Həsrət artıq bu yöndə müəyyən addımlar atdıqlarını və ən qısa zamanda bütün türk xalqları üçün keçərli olacaq ortaq əlifbanı ictimaiyyətə təqdim edəcəklərini bildirib. Xoş atmosferdə keçən görüşün sonunda tərəflər xatirə şəkli çəkdiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA