“Hakimiyyət istənilən yolla müharibənin qarşısını alacaq" - Cənubi Koreya lideri

img

15-08-2017 [11:28]


Koreya yarımadasında Seulla razılaşdırılmadan hərbi fəaliyyətlər aparılması mümkün deyil.

Axaar.az xəbər verir ki, bu sözləri Cənubi Koreya lideri Mun Çje İn deyib.

"Hakimiyyət istənilən yolla müharibənin qarşısını alacaq. Bu yolda nə qədər enişlər və ya yoxuşlar olsa da, biz Koreya yarımadasının nüvə problemini sülh yolu ilə həll etməliyik”, - prezident bildirib.

Qeyd edək ki, ABŞ və Şimali Koreya arasında olan gərginlik Şimali Koreyanın ABŞ-ın Quam adalarına hücuma hazırlaşması ilə bağlı yayılan xəbərlərlə ən yüksək həddə çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA