Rusiya 100 minlik ordusunu hərəkətə gətirir - NATO-ya güc nümayişi

img

24-08-2017 [15:02]


Rusiya ötən il NATO əsgərlərinin Avropanın şərqinə yerləşdirilməsinə cavab addımı atmağı planlaşdırır.
 
APA-nın "The "Guardian”-a istinadən verdiyi xəbərə görə, Qərb ölkələri və NATO ilə münasibətlərdə gərginlik yaşayan Moskva "Soyuq müharibə"dən sonra ən böyük hərbi təlimlərə hazırlaşır.
 
Sentyabrın 14-20-də keçiriləcək "Qərb-2017" hərbi təlimlərində 100 min əsgər iştirak edəcək.
 
Əsgərlər üç ayrı mövqedə təlimlərə cəlb olunacaqlar.
 
Rusiya prezidenti Vladimir Putinin əmri ilə hərbçilər Belarus, Kalininqrad və Rusiyanın digər nöqtələrinə göndəriləcək. İlk rus hərbi qüvvələri artıq Belarusdadır.
 
"Guardian”-a danışan NATO-nun səlahiyyətli nümayəndələri bununla bağlı şərh verməyəcəklərini, ancaq prosesi yaxından izləyəcəklərini deyiblər.
 
Bildirilir ki, bu, "Soyuq müharibə"dən sonra ən nəhəng hərbi təlimlər olacaq.
 
Xatırladaq ki, ötən il İngiltərənin rəhbərliyi altında bir neçə dövlətin Rusiya sərhədinə yaxın ölkələrə əsgər göndərməsindən sonra NATO ilə Rusiya arasında münasibətlər kəsilib.
 
ABŞ-ın Rusiya sərhədinə hərbi qüvvə göndərməsinə cavab olaraq isə Putin Kalininqrada S-400 və "İsgəndər" raket kompleksləri yerləşdirmişdi. Bundan başqa, Rusiya Polşa sərhədlərinə də hərbi qüvvələr göndərmişdi.
 
NATO isə son bir il ərzində Rumıniya, Estoniya, Polşa və Gürcüstanda xeyli hərbi təlim keçirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA