ABŞ vitse-prezidenti Gürcüstan müxalifəti ilə bir araya gəldi: "Saakaşvilinin təqibindən qəzəbləndi"

img

01-08-2017 [13:32]


Gürcüstan müxalifətinin liderləri ilə ABŞ vitse-prezidentinin görüşündə sabiq prezident Mixail Saakaşvili ilə bağlı məsələ qaldırılıb.
 
APA-nın "Georgia Online” nəşrinə istinadən verdiyi məlumata görə, Vahid Milli Hərəkat partiyasının Siyasi Şurasının sədri Nika Meliya bildirib ki, görüşdə Gürcüstan hakimiyyətinin rəqiblərini təqib etməsindən danışılıb.
 
ABŞ vitse-prezidentinin sabiq prezident Mixail Saakaşvili ilə bağlı məsələyə reaksiyasına gəldikdə isə N. Meliya bu haqda geniş danışmaq istəmədiyini bildirsə də, həmsöhbətinin ölkənin sabiq prezidentinin təqib olunmasından qəzəbləndiyini qeyd edib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA