“Ümid edirəm ki, heç vaxt nüvə gücümüzdən istifadə etmək zorunda qalmayacağıq” - Tramp

img

09-08-2017 [18:41]


ABŞ prezidenti Donald Tramp ABŞ-ın hər zaman dünyanın ən qüdrətli dövləti olacağını bəyan edib.
 
APA-nın xəbərinə görə, bu barədə o, "Twitter”də yazıb. 

"Mənim prezident vəzifəsində ilk tapşırığım nüvə arsenalımızın yenilənməsi və modernləşdirilməsi barədə oldu. İndi o, daha güclüdür. Ümid edirəm ki, biz heç vaxt bu gücdən istifadə etmək zorunda qalmayacağıq. Biz hər zaman dünyanın ən güclü ölkəsi olacağıq”, - deyə Tramp bildirib.  
 
Xatırladaq ki, avqustun 8-də D. Tramp Şimali Koreyanın ünvanına çox sərt xəbərdarlıqla çıxış edib. O deyib ki, əgər Pxenyan ABŞ-ı təhdid edərsə, onu qisas gözləyir: "Şimali Koreya elə bir atəş və qəzəblə qarşılaşacaq ki, dünya hələ belə bir şey görməyib”.  

Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA