Saakaşvili nazirin üzünə belə dedi: “Sən nazir yox, əclafsan!” - VİDEO

img

31-05-2017 [16:45]


Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru və Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin ədliyyə naziri Pavel Petrenko ilə mübahisəsinə dair videokadrlar internetdə yayılıb.

Virtualaz.org xəbər verir ki, mübahisəyə səbəb Saakaşvilinin partiyasının Ukraynada qeydiyyatının əngəllənməsi olub. 

Saakaşvilinin sözlərinə görə, Ədliyyə Nazirliyi onun partiyasını qeydə almayıb, əvəzində "Mixail Saakaşvili Bloku” adında siyasi qüvvəni qeydə alıb, hansı ki, həmin blok xüsusi olaraq bu məqsədlə adını dəyişmiş şəxsin adına qeydiyyatdan keçirilib. Petrenko söhbət zamanı bildirib ki, Saakaşvili bu günə qədər partiyasının adının dəyişdirilməsinə dair sənədləri təqdim etməyib. Eks-qubernator isə buna etiraz edib.

"Nəyə görə biz? Sən nazir yox, sadəcə olaraq əclafsan”- deyə, o, bu sözləri Petrenkonun üzünə deyib.

Bundan sonra tərəflər arasında mübahisə qızışıb, Saakaşvili naziri bir daha söyərək otağı tərk edib:



Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA