Ombudsman bəyanat yaydı - MƏTN
27-09-2025 [11:51]
Ombudsman 27 Sentyabr - Anım Günü ilə bağlı bəyanat yayıb.
Mia.az xəbər verir ki, bəyanatda deyilir:
"Azərbaycan BMT-nin Nizamnaməsinin 51-ci maddəsinə əsasən, özünümüdafiə hüququndan istifadə edərək mülki əhalinin yaşamaq hüququnun təmini, otuz ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızın azad edilməsi məqsədilə əks-hücum əməliyyatlarına başlayıb, nəticədə mötəbər beynəlxalq təşkilatların uzun illər kağız üzərində qalmış qərar və qətnamələrinin icrası təmin olunmaqla bərabər, bir milyondan artıq qaçqın və məcburi köçkün soydaşlarımızın pozulmuş hüquqları bərpa edilib.
44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüququn normalarını kobud şəkildə pozaraq mülki əhalinin sıx məskunlaşdığı və döyüş əməliyyatları aparılan ərazidən kifayət qədər uzaqlıqda yerləşən ölkənin ən böyük şəhərlərindən birini, rayon mərkəzlərini və digər yaşayış məntəqələrini uzaqmənzilli əməliyyat-taktiki və ballistik raket qurğularından atəşə tutub.
Ermənistan tərəfindən beynəlxalq hüquq normalarının, o cümlədən "Müharibə qurbanlarının müdafiəsi haqqında" 1949-cu il tarixli Cenevrə Konvensiyalarının və onun Əlavə Protokollarının tələblərinə zidd olaraq qəsdən törədilmiş müharibə cinayətləri nəticəsində 100-ə yaxın dinc mülki sakin, o cümlədən 12 uşaq qətlə yetirilib, 450-dən çox mülki şəxs yaralanıb. Bundan əlavə, Azərbaycan ərazisində 12 min mülki infrastruktur obyekti, o cümlədən 3410-dan çox ev, 120 çoxmənzilli yaşayış binası və çoxlu sayda məktəb, xəstəxana, uşaq bağçası ağır artilleriya atəşinə məruz qalaraq dağıdılmış və ya qəzalı vəziyyətə düşüb.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq bir daha vurğulamaq istərdim ki, işğal və müharibə dövrlərində pozulmuş insan hüquq və azadlıqlarının bərpası, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması, işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənmə prosesinin sürətləndirilməsi məqsədilə dəqiq mina xəritələrinin təqdim olunması, habelə keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətlə geri qayıdışı kimi beynəlxalq hüquqa əsaslanan fundamental məsələlərin təmin edilməsi olduqca vacibdir.
Bu baxımdan beynəlxalq təşkilatların, dünya dövlətlərinin, xarici ölkələrin ombudsman və milli insan hüquqları təsisatlarının beynəlxalq hüquq normalarının təmini, müharibə cinayətləri törədənlərin cəzalandırılması, pozulmuş insan hüquqlarının bərpası, dayanıqlı inkişafın və daimi sülhün bərqərar edilməsi istiqamətində birgə təşəbbüs göstərmələri xüsusi önəm kəsb edir.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması, mülki əhalinin yaşamaq hüququnun müdafiəsi və keçmiş məcburi köçkünlərin uzun illər ərzində kobud şəkildə pozulmuş hüquq və azadlıqlarının bərpası uğrunda həyatlarını itirmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, ölkəmizə, regiona və dünyaya sülh arzu edirəm".
Kolleclərə yeni direktorlar təyin olunub - Onlar kimdir?
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"İran heç vaxt olmadığı qədər azadlıq axtarır" - Trampdan yeni mesaj
Sabiq deputat Allahverdi Həsənov vəfat edib
Sabiq nazir işsiz qalıb - Ona yeni vəzifə veriləcək, yoxsa...?
Şamaxıda zəlzələ olub
Binəqədidə yol niyə bağlanıb? - Şikayətə rəsmi reaksiya + VİDEO
Dağlıq ərazilərdə qar yağır
SEPAH komandirinin oğlu öldürülüb
"Dedim, 150 min manat olsun ki..." - Rəqsanənin nəvəsinə 90 min manatlıq reklam müqaviləsini kim təklif edib?
“City Garden Narimanov”un "göz çıxaran" reklamları, "dodaq uçuqladan" qiymətləri...
İsrailin xarici işlər naziri Azərbaycana gəlir
Nazirlikdən küləklə bağlı - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Hələb YPG döyüşçülərindən təmizləndi - Açıqlama
Dövlət Komitəsində yeni dəyişiklik - Yeni Aparat rəhbər kimdir?
Azərbaycan neftinin qiyməti 68 dolları ötdü
Ana və oğlu qazdan zəhərləndi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Vaxt bitdi, döyüş başladı - Hələb bombalanır
Suriya prezidenti Bərzaniyə zəng etdi: "Kürdlərin haqq və hüquqlarını təmin edəcəyik"
Tehranda komendat saatı elan olunub - Şəhər prokuroru əhaliyə "evdən çıxmayın" xəbərdarlığı edib
"Qalatasaray"ın hücumçu elə villa aldı ki... - 4 milyon dollara
Nazirlər Kabineti tarix və mədəniyyət abidələri barədə qərar verib
Ali Məhkəmədə ehtiyat kadr bazası: müsabiqə elan edilib - ŞƏRTLƏR
"Qalatasaray" - "Fənərbağça" matçının vaxtı dəyişib
Qəzza zolağında daha 14 nəfər ölüb - Yaralılar var
"Məgər Elçin Əlibəyli öz qardaş-bacılarına görə məsuliyyət daşıyır?" - Deputatdan aparıcı ilə bağlı sərt açıqlamalar
Qorunan və qorunmayan ləyaqət!
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
Dövlət Vergi Xidmətində təyinatlar olub
Əbülfəz Elçibəyin oğlu Nemət Pənahlını məhkəməyə verir - Açıqlama
Deputata orden verildi - Sərəncam
Polkovnik-leytenant vəzifədən azad edildi - General Baba Salayevə yeni müavin təyin olundu
Rusiya Ukraynada 5 daha qəsəbəni ələ keçirib - SİYAHI
Azərbaycandan Ermənistana daha 48 vaqon neft yola salınıb
AZAL Bakı-Tehran-Bakı reysini ləğv edib