Dövlət Komitəsində yeni dəyişiklik - Yeni Aparat rəhbər kimdir?

img

10-01-2026 [10:47]


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparatına yeni rəhbər təyinatı olub.

Mia.az xəbər verir ki, bu vəzifəyə Elşad Mircavad oğlu Miraləm təyin edilib.

İxtisasca jurnalist olan Elşad Miraləm 2005–2018-ci illərdə Diasporla İş üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə çalışıb. 2024-cü ildən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində fəaliyyətə başlayan E.Miraləm sədrin köməkçisi, Aparat rəhbərinin müavini vəzifələrini tutub.

Məlumat üçün bildirək ki, Aparatın keçmiş rəhbəri Nəriman Qurbanov 24 oktyabr 2025-ci il tarixində vəfat etdiyindən bu vəzifəyə yeni təyinat gözlənilirdi/Modern.az.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
20:08 10.01.2026

Şamaxıda zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA