Vaxt bitdi, döyüş başladı - Hələb bombalanır

img

09-01-2026 [23:46]


Suriya hökumətinin YPG terror təşkilatı üzvlərinin Hələbi tərk etmələri üçün 3-cü dəfə verdiyi vaxtda xeyli kürd silahlısı bölgəini tərk etsə də, böyük hissə təslim olmaqdan imtina edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Suriya hökumətinin Bakı vaxtı ilə saat 17.00-19.00 aralığında təhlükəsiz dəhliz yaradaraq, oradan YPG-lilərin Fərat çayının şərqinə çəkilmələri üçün avtobuslar ayırması da nəticəsiz bitib.

Məlumata görə, bu səbəbdən təxminən yarımsaat əvvəl Suriya ordusu YPG silahlılarının mövqelərinə çox ağır zərbələr endirməyə başlayıb.

Bölgədən canlı yayımlanan xəbərlərdən aydın görünür ki, xüsusən Hələbin Şeyx Maksud bölgəsində nəhəng partlayışlar eşidilir: "Partlayışdan sonra alovlar çox uzaqdan görünür..."

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:03 09.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA