İRANDA GETDİKCƏ HƏDƏQƏN ÇIXAN AKSİYALAR: mümkün ssenarilər və... - TƏHLİL
09-01-2026 [15:30]
İranda Güney Azərbaycan bölgəsində geniş etiraz aksiyaları başlayıb. Zəncan, Urmiya, Xoy, Ərdəbil, Təbriz, Marağa və başqa bir neçə şəhərdə izdihamlı mitinqlər baş tutub. Etirazlarda “Azadlıq, ədalət, milli hökumət”, “Ölüm olsun dikatora”, “Azərbaycan şərəfdi, Bəsici bişərəfdi”, “Azərbaycan şərəfdi, Pəhləvi bişərəfdi”, “Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq” kimi şüarlar səsləndirilir.
Xüsusən Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində mitinqin gözləniləndən daha güclü və izdihamlı keçirildiyi bildirilir. Mitinqlər keçirilən şəhərlərdə hökumət qüvvələri aksiya iştirakçılarına hücum edib və atəş açıb. Bir sıra həbslər həyata keçirilsə də, hələlik yaralananlar və saxlanılanların kimliyi və sayını müəyyənləşdirmək mümkün olmayıb.
Əvvəla onu deyim ki, bu günə qədər aksiyalar daha çox farsların yaşadığı vilayətlərdə baş tuturdu. Özü də burada mövcud rejimə qarşı aksiyalar bir çox yerdə İranın keçmiş şahı Rza Pəhləvin oğlu Məhəmməd Rza Pəhləviyə dəstək şüarları ilə xarakterik idi. Lakin Güney Azərbaycanda başlayan etirazlarda səsləndirilən şüarlara nəzər yetirdikdə, narazılığın yalnız sosial-iqtisadi tələblərlə məhdudlaşmadığı görtünür. Xüsusi ilə “Azadlıq, ədalət, milli hökumət”, “Ölüm olsun diktatora” kimi çağırışlar mərkəzi hakimiyyətin legitimliyinin açıq şəkildə sorğulandığını göstərir. Digər tərəfdən, “Azərbaycan şərəfdir” məzmunlu şüarlar Güney Azərbaycanda etnik-milli kimlik faktorunun etirazların əsas ideoloji sütunlarından birinə çevrildiyini ortaya qoyur. Bu, aksiyaların təkcə mövcud hökumətə qarşı deyil, həm də uzun illərdir davam edən mədəni, dil və siyasi ayrı-seçkiliyə yönəldiyini göstərən mühüm göstəricidir.
Vəziyyətin ciddiliyini ortaya qoyan əsas amil isə Təbriz bazarının bağlanmasıdır. Bu məsələ xüsusi əhəmiyyət daşıyır. Çünki Təbriz bazarı sadəcə ticarət məkanı deyil, Güney Azərbaycanın iqtisadi, sosial və tarixi simvollarından biridir. Tarixən Təbriz bazarı siyasi etirazların, ümumi tətilin mərkəzlərindən biri olub. 1905–1911-ci illər Məşrutə hərəkatından tutmuş sonrakı dövrlərə qədər bazarın bağlanması həmişə hakimiyyət üçün ciddi xəbərdarlıq siqnalı sayılıb.
Bazarın bağlanması üç əsas məna daşıyır:
Birincisi, etirazların artıq küçə aksiyalarından çıxaraq iqtisadi həyatın iflic edilməsi mərhələsinə keçdiyini göstərir;
İkincisi, ticarətçi təbəqə – yəni ənənəvi olaraq ehtiyatlı və riskdən uzaq sosial qrup – açıq şəkildə narazılığa qoşulur;
Üçüncüsü, bu addım etirazların qısaömürlü olmadığını və daha geniş sosial konsensus formalaşdırdığını nümayiş etdirir.
Təbrizdə İranı silkələyən addım: Azərbaycanlılar bundan sonra meydana çıxdı - Nə baş verir?
Təbriz bazarı
Fikrimcə, Təbriz və ümumilikdə Güney Azərbaycan şəhərlərinin ayağa qalxmasının, bu qədər sürətlə genişlənməsinin əsas səbəbləri aksiyaların ideoloji istiqamətinin dəyişməsidir. Belə ki, fars mərkəzli müxalif çevrələrin mitinqlərdə şahın oğlu ilə bağlı şüarlar səsləndirməsi, “vəliəhd”in proseslərdə açıq və ya dolayı şəkildə maraqlı tərəf kimi görünməsi Güney Azərbaycanda ciddi narahatlıq yaradıb. Bu, etirazların yalnız mövcud molla rejiminə qarşı deyil, eyni zamanda alternativ kimi təqdim edilən siyasi modelə qarşı da reaksiyaya çevrilməsinə səbəb olub.
Faktiki olaraq vəliəhdin özü və ona bağlı media-strukturlar vasitəsilə insanları küçələrə səsləməsi, aksiyaları yönləndirməyə çalışması Güney Azərbaycan cəmiyyətində “hakimiyyət dəyişikliyi adı altında köhnə mərkəzçi-farsçı sistemin bərpası” qorxusunu gücləndirib. Məhz bu nöqtədən sonra Təbriz və digər türk şəhərlərində etirazların xətti kəskin şəkildə fərqlənməyə başlayıb.
Güney Azərbaycan cəmiyyəti molla rejiminin milli, mədəni və siyasi basqılarını açıq şəkildə rədd etsə də, Pəhləvi dövrünü alternativ və ya “xilas modeli” kimi görmür. Vəziyyətin gedişatı onu deməyə əsas verir ki, bölgədə yaşayan əhali “pis ilə daha pis” arasında seçim etmək istəmir.
Güney Azərbaycanın qarşısında vəziyyətin gedişatından asılı olaraq iki əsas ssenari formalaşır:
Birinci ssenari ondan ibarətdir ki, Güney Azərbaycandakı etirazlar İranın digər bölgələrində baş verən aksiyalarla sinxronlaşaraq ümumölkə miqyasında mövcud rejimin devrilməsinə gətirib çıxarsın. Bu halda, güneylilər proseslərdə passiv iştirakçı deyil, həlledici siyasi aktor kimi çıxış edərək yeni formalaşacaq siyasi sistem qarşısında konkret tələblər irəli sürə bilərlər. Bu tələblərin mərkəzində isə muxtariyyət, ana dilində təhsil, yerli özünüidarəetmə və siyasi təmsilçilik kimi məsələlər dayanacaq.
İkinci ssenari isə daha kəskin və radikal xarakter daşıyır. Əgər molla rejiminin süqutundan sonra Pəhləvi hakimiyyətinin – istər monarxiya, istərsə də onun simvolik davamçısı formasında geri qayıtması gündəmə gələrsə, bu, Güney Azərbaycan üçün qəbuledilməz siyasi geriyə dönüş kimi qiymətləndiriləcək. Belə bir vəziyyətdə Güney Azərbaycan öz müqəddəratını özü təyin edəbilər. Yəni proses artıq sistem daxilində hüquq axtarışından çıxaraq, ayrıca siyasi subyekt kimi mövcud olma uğrunda mübarizə mərhələsinə keçə bilər.
Turan Rzayev
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Vaxt bitdi, döyüş başladı - Hələb bombalanır
Suriya prezidenti Bərzaniyə zəng etdi: "Kürdlərin haqq və hüquqlarını təmin edəcəyik"
Tehranda komendat saatı elan olunub - Şəhər prokuroru əhaliyə "evdən çıxmayın" xəbərdarlığı edib
"Qalatasaray"ın hücumçu elə villa aldı ki... - 4 milyon dollara
Nazirlər Kabineti tarix və mədəniyyət abidələri barədə qərar verib
Ali Məhkəmədə ehtiyat kadr bazası: müsabiqə elan edilib - ŞƏRTLƏR
"Qalatasaray" - "Fənərbağça" matçının vaxtı dəyişib
Qəzza zolağında daha 14 nəfər ölüb - Yaralılar var
"Məgər Elçin Əlibəyli öz qardaş-bacılarına görə məsuliyyət daşıyır?" - Deputatdan aparıcı ilə bağlı sərt açıqlamalar
Qorunan və qorunmayan ləyaqət!
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
Dövlət Vergi Xidmətində təyinatlar olub
Əbülfəz Elçibəyin oğlu Nemət Pənahlını məhkəməyə verir - Açıqlama
Deputata orden verildi - Sərəncam
Polkovnik-leytenant vəzifədən azad edildi - General Baba Salayevə yeni müavin təyin olundu
Rusiya Ukraynada 5 daha qəsəbəni ələ keçirib - SİYAHI
Azərbaycandan Ermənistana daha 48 vaqon neft yola salınıb
AZAL Bakı-Tehran-Bakı reysini ləğv edib
DTX-dən daha bir şok əməliyyat: xarici xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlıq edən şəxsi qandallandı
İCRA BAŞÇISININ KÜRƏKƏNİ RƏİS TƏYİN EDİLDİ - Gömrük Komitəsində daha bir diqqətçəkən dəyişiklik oldu
“Azergold”da növbəti tender müəmması - ADI DƏLƏDUZLUQDA HALLANAN ŞİRKƏTİ KİMLƏR QALİB EDİB?
Mübariz Mənsimovdan haqqındakı iddiaya reaksiya: "O televiziya kanalı ilə heç bir əlaqəm yoxdur və..."
Attestat və diplomlar yalnız elektron qaydada veriləcək
Beş ştat Tramp administrasiyasına qarşı iddia qaldırıb - Səbəb
Ukrayna BMT TŞ-nin təcili toplantısını tələb etdi - Rusiyanın "Oreşnik" hücumuna görə
Bakı-Moskva-Bakı marşrutu üzrə reyslər ləğv olunub
Hondurasda deputatın üstünə bomba atıblar - FOTO
Sabah yağış yağacaq
Bakıda müəllim direktor müavinini döyüb
Qurban Qurbanov: “Şəxsi həyatımla bağlı danışmağı xoşlamıram”
Veysəloğlu MMC “Gələcəyin Liderlik Ekosisteminin Qurulması” üzrə strateji yanaşmasını təqdim edib - FOTOLAR
Ağdərənin 4 kəndinə köç olub
Həkimin cinayət işi məhkəməyə göndərilib