ABŞ-da qadın sürücünü öldürən polis keçmiş hərbçi imiş - İraqda döyüşübmüş

img

09-01-2026 [14:40]


ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində miqrantlara qarşı əməliyyat zamanı ABŞ vətəndaşını güllələyərək öldürən Miqrasiya və Gömrük Mühafizəsi (ICE) zabitinin keçmiş hərbçi olduğu və müharibələrdə iştirak etməsi aydınlaşıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə "Associated Press" yazıb.

Bildirilib ki, Daxili Təhlükəsizlik Departamenti tərəfindən qadını hadisə yerindən qaçmaq bəhanəsiylə güllələyən polis zabit Conatan Ross 2024-cü ilin iyun ayında da bir nəfərə qarşı silahdan istifadə edib: "Bu işlə bağlı başlayan araşdırma zamanı onun  vaxtilə ABŞ ordusunun tərkibində İraq müharibəsində aktiv döyüşlərdə iştirak etməsi təsdiqlənib. Müharibədən sonra, daha dəqiqi, 2007-2015-ci illərdə o, Sərhəd Patrul Xidmətində işləyib. 2015-dən isə Ross hazırkı qurumda çalışır"

Xatırladaq ki, yanvarın 7-də yoxlama zamanı hadisə yerindən uzaqlaşmaq istəyən qadın sürücü Ross tərəfindən sükan arxasında 3 ardıcıl atəşlə güllələnərək öldürülüb. Ölkə başçısı görüntüləri yayılan hadisəyə münasibətdə Rossa "özünümdafiə qismi"ndə haqq qazandırıb. Bu hadisə ölkədə böyük etiraz yaradıb.

Hüseyn Namazov

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:03 09.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA