Peşikian, Rza Pəhləvi, SEPAH üçlüyü. İranda Yuqoslaviya variantı - TƏHLİL
09-01-2026 [13:51]
İranla bağlı müzakirələr adətən yanlış sualdan başlayır. Kim hakimiyyətə gələcək? Məsud Peşikian, yoxsa Rza Pəhləvi. Bu baxımdan Peşikian və Rza Pəhləvi iki fərqli siyasi yol yox, iki fərqli yanlış gözləntini təmsil edir.
Bu məsələyə Qərbin baxışı necədir?
Öncə ona bir nəzər salaq. Qərbə görə Peşikian sistemin içindədir. O seçilə bilər, danışa bilər, sosial və iqtisadi problemlərdən söz aça bilər. Amma bu, real hakimiyyət demək deyil. İran prezidentliyi icraçı institutdan çox, siyasi amortizator funksiyası daşıyır. Narazılıq cəmiyyətdən prezidentə yönəlir, amma qərar mexanizmi ona verilmir. Xarici siyasət, təhlükəsizlik, ordu və strateji iqtisadiyyat prezidentdən kənardadır.
Bu səbəbdən Peşikianın real şansı hakimiyyətə yiyələnmək deyil. Onun rolu sistemi dəyişmək yox, sistemi idarəolunan saxlamaqdır. Qərb analitikləri düşünür ki, bu, “idarə olunan prezidentlikdir”. Yəni o, qərar verən deyil, qərarların nəticəsini izah edən fiqurdur.
Rza Pəhləvi isə tam əks mövqedə dayanır. O sistemin içində deyil və bu, onun zəif tərəfidir. İranda real siyasi təşkilatı, daxili mexanizmi və güc dayaqları yoxdur. Amma eyni zamanda, bu onun nisbi üstünlüyüdür. Çünki sistemin içində olan bütün güc mərkəzləri ciddi legitimlik böhranı yaşayır.
Qərb analitiklərinin Rza Pəhləviyə baxışı praqmatikdir. Onu dərhal hakimiyyətə gələcək lider kimi yox, keçid dövrü fiquru kimi qiymətləndirirlər. Əgər mövcud sistem daxildən çökərsə, parçalanarsa və ya özünü idarə edə bilməz hala gələrsə, Rza Pəhləvi milli barışıq simvolu və referendum prosesinin üzü ola bilər. Amma bu ssenari yalnız bir şərtlə mümkündür: təhlükəsizlik aparatı onu qəbul edərsə.
Bu nöqtədə bütün analizlər eyni mərkəzdə birləşir: SEPAH.
SEPAH-ın gücü təkcə silahdan qaynaqlanmır. Onun əsas gücü dövlətin alt qatında qurulmuş paralel hakimiyyət sistemi olmasındadır. İran klassik dövlət modeli deyil. Bu ölkədə ordu, iqtisadiyyat və təhlükəsizlik eyni mərkəzdə cəmlənib və bu mərkəz ideoloji yox, struktur gücü ilə yaşayır.
SEPAH təkcə hərbi qurum deyil. O, eyni zamanda iri iqtisadi aktordur. Neft sektoru, tikinti, logistika, limanlar və bank mexanizmləri bu strukturla bağlıdır. Minlərlə ailənin maddi asılılığı bu sistemə söykənir. Bu isə onu sökülməz edir.
Bundan əlavə, SEPAH xarici təhlükə narrativi üzərindən daxili legitimlik istehsal edir. Regional gərginlik, Qərblə qarşıdurma və mühasirə psixologiyası bu qurumun daxildə qalmasının əsas arqumentidir. Bu mexanizm olmadan İran rejimi cəmiyyət üzərində nəzarəti saxlamaqda çətinlik çəkər.
Məhz bu səbəbdən Qərb İranı hələ də bütöv sistem kimi görməyə üstünlük verir. Halbuki bu sistem çökərsə, İran vahid dövlət yox, milli məhəllələr xəritəsinə çevrilə bilər. Türklər şimalda Azərbaycan və Türkiyə ilə, son dərəcə hazırlıqlı olan kürdlər qərbdə regional kürd strukturları ilə, ərəblər Xuzistanda Körfəzlə, xüsusən Səudiyyə Ərəbistanı ilə, bəluclar isə Pakistan sərhədi boyunca öz maraqları ilə hərəkətə keçə bilər. Bəluclar İranın ən kasıb xalqıdır. Pakistan da öz ərazisində yaşayan bəluc separatçılarından çəkinir. Bu ssenari Yuqoslaviyadan daha mürəkkəb və daha təhlükəlidir.
Qərb bu ehtimalı açıq müzakirə etmir, çünki İranın parçalanması idarə olunan zəiflik yox, idarə olunmaz xaos deməkdir. Amma sistem çöksə, etnik məhəllələr artıq ehtimal yox, nəticə olacaq.
İranın məhəllələrə bölünməsi Qərbdə mövcud olan separatçı hərəkatları yenidən ayağa qaldıracaq. Qərb İran xalqlarına açıq şəkildə “öz müqəddəratını təyin etmə” mesajı versə İspaniyada, Belçikada, Fransada, Böyük Britaniyada... bu presedent Qərbin özünü vuracaq. Qərbin öz ərazisində etiraf etdiyi separatçı hərəkatların sayı 100-ə yaxındır. əslində isə 200-dən çoxdur...
Bu reallıq fonunda yekun sadədir. Peşikian SEPAH-ı dəyişə bilməz. Rza Pəhləvi isə SEPAHsız iqtidara gələ bilməz.
Qərbin baxışına görə, İranda dəyişən adlar olacaq. Dəyişməyən struktur qalacaq. Ümidlər fərdlərə bağlanacaq, amma İranın taleyini bu mexanizm müəyyən edəcək.
İranın problemi kimin iqtidara gəlməsi deyil. Problem ondadır ki, SEPAH kimin iqtidara gəlməsinə yaşıl işıq yandıracaq. Yəni yeni rəhbəri xalq yox, sistem müəyyən edəcək. Sistem isə SEPAH-a bağlıdır. İranda problem kimin hakimiyyətə gəlməsi deyil, hakimiyyətin harada cəmlənməsidir.
Əlbəttə, Qərbin baxışı hər şeydən öncə Qərbin maraqlarına istinadən formalaşıb. Bu, aydındır. O da aydındır ki, inqilabın izah olunmaz məntiqi var. Yəni səslənən heç bir proqnoz zənnə, gümana sığmaz. Yəni inqilab təkcə molla rejimini yox, SEPAH-ı da sıfırlaya bilər...
Azərbaycan olaraq bizim üçün önəmli olan odur ki, İranda baş verən olaylardan millət olaraq qalib çıxaq. Bunun üçün isə proseslərin gedişi zamanı rasional mövqedən çıxış etmək lazımdır...
İran uzun müddətdir idarə olunan xaos vəziyyətindədir. Artıq idarə olunmaz həddə çatıb. Bundan sonra nə olacağı isə dəqiq bəlli deyil. Bəlli olan odur ki, molla rejiminin əsas xətt budur: Cəmiyyəti sakitləşdirmək, sistemi dəyişməmək.
Yəni inqilabi partlayışın qarşısını almaqla böhran vəziyyətini dondurmaq istəyirlər. Əvvəllər mollalar buna nail olub. Bu dəfə isə bu, mümkünsüz görünür...
Elbəyi Həsənli. Sürix
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Vaxt bitdi, döyüş başladı - Hələb bombalanır
Suriya prezidenti Bərzaniyə zəng etdi: "Kürdlərin haqq və hüquqlarını təmin edəcəyik"
Tehranda komendat saatı elan olunub - Şəhər prokuroru əhaliyə "evdən çıxmayın" xəbərdarlığı edib
"Qalatasaray"ın hücumçu elə villa aldı ki... - 4 milyon dollara
Nazirlər Kabineti tarix və mədəniyyət abidələri barədə qərar verib
Ali Məhkəmədə ehtiyat kadr bazası: müsabiqə elan edilib - ŞƏRTLƏR
"Qalatasaray" - "Fənərbağça" matçının vaxtı dəyişib
Qəzza zolağında daha 14 nəfər ölüb - Yaralılar var
"Məgər Elçin Əlibəyli öz qardaş-bacılarına görə məsuliyyət daşıyır?" - Deputatdan aparıcı ilə bağlı sərt açıqlamalar
Qorunan və qorunmayan ləyaqət!
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
Dövlət Vergi Xidmətində təyinatlar olub
Əbülfəz Elçibəyin oğlu Nemət Pənahlını məhkəməyə verir - Açıqlama
Deputata orden verildi - Sərəncam
Polkovnik-leytenant vəzifədən azad edildi - General Baba Salayevə yeni müavin təyin olundu
Rusiya Ukraynada 5 daha qəsəbəni ələ keçirib - SİYAHI
Azərbaycandan Ermənistana daha 48 vaqon neft yola salınıb
AZAL Bakı-Tehran-Bakı reysini ləğv edib
DTX-dən daha bir şok əməliyyat: xarici xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlıq edən şəxsi qandallandı
İCRA BAŞÇISININ KÜRƏKƏNİ RƏİS TƏYİN EDİLDİ - Gömrük Komitəsində daha bir diqqətçəkən dəyişiklik oldu
“Azergold”da növbəti tender müəmması - ADI DƏLƏDUZLUQDA HALLANAN ŞİRKƏTİ KİMLƏR QALİB EDİB?
Mübariz Mənsimovdan haqqındakı iddiaya reaksiya: "O televiziya kanalı ilə heç bir əlaqəm yoxdur və..."
Attestat və diplomlar yalnız elektron qaydada veriləcək
Beş ştat Tramp administrasiyasına qarşı iddia qaldırıb - Səbəb
Ukrayna BMT TŞ-nin təcili toplantısını tələb etdi - Rusiyanın "Oreşnik" hücumuna görə
Bakı-Moskva-Bakı marşrutu üzrə reyslər ləğv olunub
Hondurasda deputatın üstünə bomba atıblar - FOTO
Sabah yağış yağacaq
Bakıda müəllim direktor müavinini döyüb
Qurban Qurbanov: “Şəxsi həyatımla bağlı danışmağı xoşlamıram”
Veysəloğlu MMC “Gələcəyin Liderlik Ekosisteminin Qurulması” üzrə strateji yanaşmasını təqdim edib - FOTOLAR
Ağdərənin 4 kəndinə köç olub
Həkimin cinayət işi məhkəməyə göndərilib