Tehranda komendat saatı elan olunub - Şəhər prokuroru əhaliyə "evdən çıxmayın" xəbərdarlığı edib

img

09-01-2026 [20:52]


İranın paytaxtı Tehranda qeyri-rəsmi komendat saatı elan olunub

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Tehranın prokuroru Əli Salehi vətəndaşlara xəbərdarlığında söz açıb.

O, Tehrandakı bütün məktəblərin distant təhsilə keçmək qərarından sonra əhaliyə vacib ehtiyac olmadıqca evdən çıxmamaları varədə xəbərdarlıq edib: "Paytaxtda hazırda təhlükəli hadisələr var. Düşmənin muzdluları nümayişlərdə iştirak edənləri öldürür. Çölə çıxmayın! Növbəti xəbərdarlığa qədər evdə qalın".

Baş prokuror deyib ki, nümayişlərdə soyuq silah, o cümlədən kəsici, deşici alətlər və ya dəyənək daşıyanlarla odlu silah daşıyanlarla eyni münasibət göstəriləcək: "Silahlı şəxslərə heç bir şəkildə dözməyəcəyik. Onlar  mühakimə olunacaqlar. Vətəndaşlarımızın təhlükəsizliyi qırmızı xəttimizdir".

Xatırladaq ki, 13 gün əvvəl Tehranın Böyük Bazarında dükan sahibləri tərəfindən başladılan etirazlar ölkənin bir çox şəhərinə yayılıb. İndiyədək 48 nəfərin etirazlarda öldüyü deyilir. 3 minə yaxın insan isə saxlanılıb.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:03 09.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA