“City Garden Narimanov”un "göz çıxaran" reklamları, "dodaq uçuqladan" qiymətləri...
10-01-2026 [15:47]
Hər gün qulağımızı deşən, gözümüzü az qala kor edən Bakının Nərimanov rayonunda “City Garden Narimanov” yaşayış kompleksi “premium mənzillər” kimi təqdim olunur.
Sadəcə 1 mənzilin qiymətini araşdırdıq və məlum oldu ki, layihə çərçivəsində satışa çıxarılan 81 kvadratmetrlik mənzilin minimum qiyməti 281 min 880 manatdır. Şirkət 30 faiz ilkin ödəniş və 36 aylıq daxili kredit təklif edir. Kağız üzərində bu, “əlçatan” kimi görünə bilər. Amma Azərbaycan reallığında bu mənzili neçə nəfər həqiqətən ala bilər?
Rəqəmlər reallığı açıq göstərir. Hesablamalara görə, mənzilin ümumi qiyməti: 281 880 manat, ilkin ödəniş (30%): 84 564 manat, kreditə düşən məbləğ: 197 316 manat, 36 ay üçün aylıq ödəniş isə təxminən 5 480 manat təşkil edir.
Bu isə o deməkdir ki, belə bir mənzili almaq istəyən şəxsin aylıq gəliri minimum 10 min manata yaxın olmalıdır. Çünki 5480 manat təkcə kredit ödənişidir – kommunal xərclər, gündəlik yaşayış, ailə büdcəsi, digər öhdəliklər bu hesaba daxil deyil.
Orta maaşla “premium” həyat mümkündürmü?
Azərbaycanda orta aylıq əməkhaqqı 1000-1200 manat aralığındadır. Əhalinin əksəriyyəti təxminən 500-800 manat arasında dəyişən əmək haqqı ilə yaşayır. Bu göstəricilərlə müqayisədə “City Garden Narimanov”da təklif olunan mənzilin aylıq ödənişi orta maaşdan azı 7-8 dəfə çoxdur.
Başqa sözlə, ölkədə işləyən insanların böyük əksəriyyəti üçün bu mənzil nə əlçatandır, nə real seçim, nə də yaşayış məqsədilə əldə edilə biləcək variant.
Bu mənzillər kimlər üçündür?
Reallıq budur ki, bu tip “premium” layihələr, yüksək gəlirli məmurlar, iri biznes sahibləri, çox az sayda yüksək maaş alan şəxslər və ya investisiya məqsədilə vəsaiti olanlar üçün. Bu isə Azərbaycan əhalisinin çox kiçik bir faizini təşkil edir. Sosial baxımdan bu cür layihələrin kütləvi yaşayış ehtiyacını deyil, daha çox elit bazarı hədəflədiyi açıq görünür.
Şirkətlər bu tip layihələri “premium” adı ilə təqdim edir. Amma sual yaranır. Elə isə premium anlayışı həyat keyfiyyətini, yoxsa sadəcə yüksək qiyməti ifadə edir?
Əgər ölkədə əhalinin böyük hissəsi belə mənzilləri yalnız reklam bannerlərində görə bilirsə, bu artıq təkcə bazar məsələsi deyil, sosial bərabərsizlik göstəricisidir.
“City Garden Narimanov” kimi layihələr Azərbaycan reallığında, orta və aşağı gəlirli ailələr üçün tamamilə əlçatmazdır, "premium yaşayış” adı altında dar bir təbəqəyə xitab edir, mənzil probleminin həlli deyil, əksinə, gəlir uçurumunu daha da görünən edir.
Bəs bu mənzilləri daha ucuz, daha əlçatan etmək olmazmı? Əlbəttə olar.. Əslində Azərbaycanda mənzillərin bu qədər baha olmasının obyektiv iqtisadi səbəbləri yoxdur. Bir mənzilin tikintisi üçün 1 kvadratmetr üzrə təqdim olunan qiymətlər ciddi şəkildə şişirdilib. Torpaq, əmək haqqı, tikinti materialları və infrastruktur xərcləri nəzərə alındıqda, bu mənzillərin daha münasib qiymətə təklif olunması mümkündür.
Bazarda boşluqlar var, torpaq var, pul var, milyonlar dövr edir. Bu şəraitdə əsas məqsəd ictimai ehtiyacı qarşılamaq deyil, maksimum qazanc əldə etməkdir. Kiçik və orta tikinti şirkətlərinə imkan verilməməsi, bazarın bir neçə iri oyunçunun nəzarətində saxlanılması isə qiymətlərin süni şəkildə yüksək qalmasına xidmət edir.
Azərbaycanda mənzil problemi tikinti çatışmazlığı deyil, ədalətsiz qiymət siyasətidir. “Premium” adı altında təqdim olunan bu layihələr cəmiyyətin böyük hissəsi üçün real deyil. Bu mənzillər insanları ev sahibi etmək üçün yox, bahalı həyat illüziyası satmaq üçün mövcuddur.
Tikinti şirkətləri Azərbaycanda mənzillərin bahalığını adətən “materialların qiyməti”, “keyfiyyət”, “premium standartlar” kimi anlayışlarla əsaslandırmağa çalışır. Amma faktiki hesablamalar göstərir ki, 1 kvadratmetr üçün təqdim olunan 3 480 manatlıq qiymət real tikinti xərclərindən dəfələrlə yüksəkdir.
Əslində tikintinin real maya dəyəri nə qədərdir?
Bazarda çalışan mühəndislər bildirir ki, in, podratçıların və açıq mənbələrdəki göstəricilərin müqayisəsi belə bir mənzərə yaradır. Bu hesablamalara görə cəmi real maya dəyəri, təxminən 900 – 1 300 manat / 1 kv üçün edir. Hətta ən bahalı ssenari ilə hesabladıqda belə, 1 kvadratmetrin real tikinti xərci 1 500 manatı keçmir.
Bəs qalan 2 000 manat haradan yaranır? “City Garden Narimanov” kimi layihələrdə 1 kvadratmetr üçün minimum qiymət 3 480 manat təyin eilib. Bu isə o deməkdir ki real tikinti xərci: 1 200 manat, satış qiyməti 3 480 manat, şişirdilmiş fərq isə 2200 manatdan çoxdur.
Bu fərq nədir?
Yüksək mənfəət marjası,bazarda rəqabətin məhdudlaşdırılması,“premium” adı altında psixoloji qiymət oyunu və torpaq resurslarının bir neçə şirkətin nəzarətində saxlanılması. Əgər məqsəd həqiqətən də orta təbəqəni ev sahibi etmək olsaydı mənzillər 2 000–2 200 manat / kv aralığında rahatlıqla təklif edilə bilərdi. 81 kv-lıq mənzilin qiyməti 160–180 min manat civarında olardı, aylıq ödəniş 2 500–3 000 manat səviyyəsinə düşərdi. Bu isə artıq minlərlə ailə üçün real seçim demək olardı.
Problem tikinti xərclərində deyil. Problem iri şirkətlərin bazarı bölüşdürməsində, torpaq sahələrinin monopoliyaya çevrilməsində, qiymətlərin süni şəkildə yüksək saxlanılmasında, dövlət nəzarətinin formal xarakter daşımasındadır(bizimesr.az)
Poligon.info
Kolleclərə yeni direktorlar təyin olunub - Onlar kimdir?
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"İran heç vaxt olmadığı qədər azadlıq axtarır" - Trampdan yeni mesaj
Sabiq deputat Allahverdi Həsənov vəfat edib
Sabiq nazir işsiz qalıb - Ona yeni vəzifə veriləcək, yoxsa...?
Şamaxıda zəlzələ olub
Binəqədidə yol niyə bağlanıb? - Şikayətə rəsmi reaksiya + VİDEO
Dağlıq ərazilərdə qar yağır
SEPAH komandirinin oğlu öldürülüb
"Dedim, 150 min manat olsun ki..." - Rəqsanənin nəvəsinə 90 min manatlıq reklam müqaviləsini kim təklif edib?
“City Garden Narimanov”un "göz çıxaran" reklamları, "dodaq uçuqladan" qiymətləri...
İsrailin xarici işlər naziri Azərbaycana gəlir
Nazirlikdən küləklə bağlı - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Hələb YPG döyüşçülərindən təmizləndi - Açıqlama
Dövlət Komitəsində yeni dəyişiklik - Yeni Aparat rəhbər kimdir?
Azərbaycan neftinin qiyməti 68 dolları ötdü
Ana və oğlu qazdan zəhərləndi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Vaxt bitdi, döyüş başladı - Hələb bombalanır
Suriya prezidenti Bərzaniyə zəng etdi: "Kürdlərin haqq və hüquqlarını təmin edəcəyik"
Tehranda komendat saatı elan olunub - Şəhər prokuroru əhaliyə "evdən çıxmayın" xəbərdarlığı edib
"Qalatasaray"ın hücumçu elə villa aldı ki... - 4 milyon dollara
Nazirlər Kabineti tarix və mədəniyyət abidələri barədə qərar verib
Ali Məhkəmədə ehtiyat kadr bazası: müsabiqə elan edilib - ŞƏRTLƏR
"Qalatasaray" - "Fənərbağça" matçının vaxtı dəyişib
Qəzza zolağında daha 14 nəfər ölüb - Yaralılar var
"Məgər Elçin Əlibəyli öz qardaş-bacılarına görə məsuliyyət daşıyır?" - Deputatdan aparıcı ilə bağlı sərt açıqlamalar
Qorunan və qorunmayan ləyaqət!
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
Dövlət Vergi Xidmətində təyinatlar olub
Əbülfəz Elçibəyin oğlu Nemət Pənahlını məhkəməyə verir - Açıqlama
Deputata orden verildi - Sərəncam
Polkovnik-leytenant vəzifədən azad edildi - General Baba Salayevə yeni müavin təyin olundu
Rusiya Ukraynada 5 daha qəsəbəni ələ keçirib - SİYAHI
Azərbaycandan Ermənistana daha 48 vaqon neft yola salınıb
AZAL Bakı-Tehran-Bakı reysini ləğv edib