Merkel Ərdoğandan terrorda ittiham olunan həbsdəki jurnalisti istədi: "Onu azadlığa buraxın"

img

25-05-2017 [23:10]


Almaniya kansleri Angela Merkellə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında Brüsseldə NATO sammiti çərçivəsində görüş baş tutub.

Görüşdə kansler hazırda Türkiyədə həbsdə olan alman jurnalist Dəniz Yücəlin azadlığa buraxılmasını Ərdoğandan xahiş edib.

Bundan əlavə, tərəflər İncirlik aviabazası ilə də bağlı müzakirələr aparıblar.

Xatırladaq ki, Almaniyanın məşhur mətbu orqanlarında sayılan "Di Velt”in Türkiyə üzrə nümayəndəsi Dəniz Yücəl 2017-ci ilin 14 fevralında terror təbliğatı aparmaq ittihamı ilə həbs edilib/Axar.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA