Merkellə Putin Moskvada bir araya gəldi - İlk açıqlamalar

img

02-05-2017 [18:25]


Rusiya Prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel arasında Moskvada baş tutan görüşdə G20 sammitinə hazırlıq, Suriya və Ukraynadakı vəziyyət müzakirə edilib.

Bu barədə V.Putin danışıqlardan ardından keçirilən mətbuat konfransında məlumat verib.

"Beynəlxalq problemləri, o cümlədən Suriya böhranını və Ukraynadakı vəziyyəti müzakirə etdik", – Rusiya prezidenti bildirib.

Rusiya dövlət başçısı ölkəsinin G20 sədri Almaniyaya bütün zəruri yardımı göstərməyə hazır olduğunu vurğulayıb.

 A.Merkel çıxışında V.Putinlə danışıqların intensiv hal aldığını deyib: "Rusiya konstruktiv tərəfdaşdır."

Kansler ikitərəfli, o cümlədən iqtisadi sahədə əməkdaşlıq məsələlərinin müzakirəsindən əlavə, tərəflərlərin Ukraynanın cənub-şərqindəki vəziyyəti müzakirə etdiyini vurğulayıb.

"Vəziyyətin nizamlanması üçün Normand formatını dəstəkləməyə davam edəcəyik. Çətin prosesdir, çox zəif sürətlə irəli addımlayırıq. Bu mərhələdə əsas atəşkəs və barışığı bərpa etmək, sonrakı siyasi addımları müəyyənləşdirməkdir" – A.Merkel bildirib.

Onun sözlərinə görə, Almaniya həmçinin terrorizmə qarşı birgə mübarizə çərçivəsində Rusiya ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirir.

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA