"Putinlə görüşüb, müzakirələr aparacağıq" - Ərdoğandan savaş anonsu

img

02-05-2017 [16:50]


"Türkiyənin növbəti hədəfləri Suriyada Münbic və Rakkadır".

Bu barədə bu gün qurucusu olduğu hakim Ədalət və İnkişaf Partiyasına (AKP) yenidən üzv olması ilə bağlı keçirilən mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

R. T. Ərdoğan deyib ki, burada əsas məsələ ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri ilə birgə addımların atılmasıdır:

"Sabah Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyəm, müzakirələr aparacağıq. Ümid edirəm ki, bu görüşdən xeyirli nəticəylə dönəcəyik. Mayın 16-da isə ABŞ-a səfərim var, ABŞ prezidenti Donald Trampla görüşəcəyəm. Bu məsələlərə eyni mövqedən yanaşaraq yeni prosesi başlada bilsək, Suriyada, hətta İraqda yeni dönəmin təməlini atmış olarıq. Hansı addım lazımdır, atarıq. Biz PKK-ın Suriya qolu PYD-nin, YPG-nin Suriyanın şimalındakı həvəslərini qursaqlarında qoyacağıq, bunu hər kəs bilməlidir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA