Ərdoğan Putinlə görüşdən sonra: "Nəticələri bir neçə gündən sonra görəcəksiz"

img

03-05-2017 [19:27]


"Rusiya Prezidenti ilə aparılan danışıqların nəticələri bir neçə gündən sonra görünəcək".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşdən sonra mətbuat konfransında bildirib.

Dövlət başçısı qeyd edib: "Bu gün biz iqtisadi, ticari və digər məsələləri müzakirə etdik, iqtisadi sahədə birgə qərar və addımlarımıza yenidən baxdıq".

R.T.Ərdoğan deyib ki, "Türk axını" və "Akkuyu" AES layihələri də davam etdiriləcək.

O, əlavə edib ki, Türkiyə və Rusiya terrorizmlə birgə mübarizə aparacaq/Trend.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA