“Onun vəzifəyə gətirilməsi yaxşı oldu” - Eməni generalın təyinatıyla bağlı şərh

img

14-04-2017 [16:55]


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi vəzifəsinə erməni general, keçmiş baş qərargah rəisi Yuri Xaçaturovun təyin olunacağı gözlənilən idi.

Mia.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Xaçaturovun KTMT-ya rəhbər təyin edilməsini şərh edrəkən deyib.

Onun sözlərinə görə, erməni generalın təşkilata baş katib seçilməsinin Azərbaycana təsiri yoxdur: "Doğrudur, Qazaxıstan və Belarus prezidentləri bu təyinatı 7-8 ay uzatdılar, ancaq bu məsələ nə zamansa Ermənistanın xeyrinə həll olunmalı idi. Çünki rotasiya prinsipinə görə baş katib vəzifəsində Rusiya təmsilçisi Nikolay Bordyujanı Ermənistan təmsilçisi əvəz etməli idi. Sadəcə bu təyinat 5-6 ay əvvəl olsaydı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan seçilməli idi. Çünki Ermənistan prezidenti aprel döyüşlərindən sonra Ohanyanı istefaya hazırlayırdı və ona yeni yer axtarırdı. Təşkilata baş katibin seçilməsi uzandıqda isə Ohanyan istefaya göndərildi və o yeni təyinatını gözləmək əvəzinə müxalifətə keçdi”.

Elxan Şahinoğlu qeyd edib ki, həmin general daima Azərbaycana pisliklər etməyə, təşkilat çərçivəsində əleyhimizə hansısa sənədlər qəbul etməyə çalışacaq, ancaq Belarus və Qazaxıstan buna "yaşıl işıq” yandırmadıqca onun əli-qolu bağlı olacaq: "Bəlkə də elə belə yaxşıdır. Nikolay Bordyuja altdan-alta əleyhimizə işləyirdi, indi isə baş katib ermənidir. Bilirik ki, qarşımızda kimdir və hansı məzhəbə xidmət edir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA