İŞİD ilk dəfə olaraq ən güclü qeyri-nüvə mərmisi ilə vuruldu - ABŞ-dan ağır zərbə

img

13-04-2017 [23:02]


ABŞ döyüş şəraitində ilk dəfə olaraq ən güclü qeyri-nüvə mərmisindən istifadə edib. 

Bu barədə Pentaqonun məlumatında bildirilir. Məlumata görə, ən güclü bomba İŞİD-in Əfqanıstandakı mövqelərinə atılıb.   

"Zərbə Nanqarxar əyalətinin Açin rayonuna endirilib. "GBU-43” bombasının hədəfi İŞİD silahlıları, onlara məxsus tunel sistemləri olub”, – deyə məlumatda bildirilir.   

Pentaqon, bunun ABŞ-ın indiyədək istifadə etdiyi ən güclü qeyri-nüvə bomba olduğunu təsdiqləyib.

Çəkisinin 9,5 ton olduğu iddia edilən bomba "MS-130” təyyarəsindən atılıb. 

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA