İran ABŞ-ı hədələdi: “Nə İran, nə Rusiya ağılsız hücum qarşısında sakit oturmayacaq”

img

07-04-2017 [15:08]


"İran və Rusiya Donald Tramp hökumətinin Suriyaya ağılsız hücumu qarşısında sakit oturmayacaq”. 

Bunu İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədri Əlaiddin Bürucerdi deyib. 

"Bütün dünya bilir ki, suriyalılar BMT ilə əldə etdiyi razılıq əsasında bütün kimyəvi silahlarını təhvil verib. Deməli, Suriya hökumətinin ixtiyarında kimyəvi silah yoxdur. Digər tərəfdən kimyəvi silahlardan istifadə adətən o vaxt baş verir ki, ordu qüvvələri müharibədə məğlub olduğunu hiss edir. Suriyaordusunun mövqeləri isə yaxşıdır, Hələbi azad edib, digər bölgələri azad etmək üzrədir. Müharibədə udan tərəf olan ölkə nə üçün belə bir addım atmalıdır? Əslində, Suriya hökumətində heç kimyəvi silah da yoxdur”, – deyə, o, vurğulayıb. 

Ə. Bürucerdi deyib ki, terrorçular bundan öncə kimyəvi silahdan istifadə etməkdən çəkinmədiyini göstəriblər:

"Əsəd hökumətinin kimyəvi silahdan istifadə etməsi iddiası boş bir şeydir. Bu, son 6 ildə Suriyada məğlub olan ABŞ və Avropadan olan müttəfiqləri üçün bir bəhanədir. Onlar təbliğat maşınını işə salaraq dünya ictimaiyyətinin fikrini yayındırmaq istəyir və məsələni BMT Təhlükəsizlik Şurasına çıxarmaq istəyir”.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA