"Bizi çökdürəcəklərini güman edənlər, bilin, isti yay gəlir" - Ərdoğandan böyük savaş mesajı

img

06-04-2017 [11:59]


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Avropaya, eyni zamanda, Türkiyənin öz sərhədlərinin bir addımlığında problemlər yaratmağa çalışan dövlətlərə sərt mesajlar verib.

Mia.az onun çıxışından bir hissəni təqdim edir: 

"PKK, YPG, DHKP-C. Bunlar bəs deyilmiş kimi FETÖ xəyanət şəbəkəsini də formalaşdırdılar. İŞİD-i üzərimizə yönəltdilər. Soruşduqda dəstək vermədiklərini dedilər. Amma terrorçulara silah verməyi də unutmadılar, ölkələrində sığınacaq verdilər. Artıq sözün bitdiyi yerə gəldik. Ətrafımız addım-addım atəş çəmbərinə döndükdə "heç nəyə qarışmayın" deyənlərin səmimiyyətinə inana bilərdikmi? 

Çətin oyunu pozduq. Türkiyə olaraq yenə də bu oyunları pozacağıq. Əl Bab bunun ən konkret nümunəsidir. Əl Bab, Çerablus, Dabık, Rai, amma yenə də yola davam. İndi hədəfdə Mənbic var. Terror təşkilatlarından istifadə edərək bizi çökdürəcəklərini güman edənlər üçün, isti yay gəlir".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA