"Almaniya ordusu Ukraynaya yeridiləcək, Rusiya ilə döyüş olacaq" - Jirinovskidən sensasion iddia (VİDEO)

img

06-04-2017 [17:29]


"Bu yay Almaniya ordusu Ukraynaya yeridiləcək".

Bunu "Zvezda” televiziyasında yayımlanan "Proses” proqramında çıxışı zamanı Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib. 

O, alman ordusunun Ukraynaya Poroşenkonun dəvəti ilə gələcəyini bildirib:

"Alman ordusu NATO-suz Ukraynanın müdafiəsinə gələcək. Bu isə ölkə prezidentinin dəvəti ilə baş tutacaq. Nəticədə ruslarla almanlar arasında qarşıdurma baş verəcək”.

Jirinovskinin iddiasına görə, hətta alman orduları müəyyən məqamlarda Rusiya sərhədini də keçəcəklər. Siyasətçi bu ssenarinin 2016-cı ilin yayından hazırlandığını bildirib: 

"Bu ssenari keçən ilin yayından hazır idi, lakin Suriyadakı vəziyyət ucbatından onu bu ilin yayına saxladılar. Plan ona görə yaya saxlanıldı ki, qışda döyüşmək çox çətindir”.


Axar.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA