Həsən Ruhaninin 5 əsas rəqibi - Sabiq prezident kimi dəstəkləyəcək?

img

06-04-2017 [19:38]


İranda keçiriləcək prezident seçkilərində prezident Həsən Ruhaninin əsas rəqibləri müəyyənləşib.
 
İslam İnqilabı Qüvvələrinin Xalq Cəbhəsinin 2-ci Baş Assambleyası prezidentliyə 5 namizəd seçib: İmam Rzanın hərəminin məsulu Seyid İbrahim Rəisi, sabiq deputatlar Əli Zakani, Mehrdad Bəzrpaş, Tehran meri Məhəmməd Baqir Qalibaf və keçmiş energetika naziri Pərviz Fəttah. 

Bu 5 nəfərin hər biri öhdəlik götürüb ki, seçki gününə qədər bir-birinin xeyrinə yarışdan geri çəkiləcək və sonda vahid namizəd müəyyən olunacaq.
 
Sabiq prezident Mahmud Əhmədinejad isə qarşıdan gələn seçkilərdə özünün sabiq müavini Həmid Bəqayini dəstəklədiyini elan edib.
 
İranın prezident seçkiləri  may ayının 19-da keçiriləcək.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA