“Peterburqdakı partlayışda yaralanan 4 nəfərin vəziyyəti ağırdır" - Rusiya Səhiyyə naziri

img

04-04-2017 [10:02]


Peterburqda metroda baş verən partlayışla əlaqədar 45 nəfər xəstəxanaya yerləşdirilib.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Səhiyyə naziri Veronika Skvortsova bildirib.
 
"Hadisə nəticəsində 11 nəfər ölüb. Hazırda 45 nəfər xəstəxanadadır stasionar müalicə alır”, deyə V.Skvortsova bildirib.
 
Onun sözlərinə görə, yaralananlardan 4 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir.
 
Qeyd edək ki, aprelin 3-də Sankt-Peterburq metrosunda baş verən partlayış  nəticəsində 11 nəfər ölüb, 45-i yaralanıb. Rusiya İstintaq Komitəsi məlum hadisəni terror aktı kimi qiymətləndirib. Fakta bağlı terror aktı maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. Sankt-Peterburq rəhbərliyi şəhərdə 3 günlük matəm elan edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA