"Bu millət sadəcə namazda əyilər, səcdədə diz çökər" - Ərdoğan Avropaya meydan oxudu

img

03-04-2017 [15:59]


Bu gün Türkiyə prezidenti Ərdoğan Rizədə xalqın qarşında çıxış edib.

Mia.az Türkiyə mediasına istinadən bildirir ki, Ərdoğan çıxışında Avropaya və CHP lideri Kamal Kılıcdaroğluna təpki verib.

O, bildirib ki, xalqın dəstəyi ilə xainlərin qurduğu "tələ"ləri başlarına keçirəcəklər: 
 
"Artıq bunu bütün dünya bilir. Bu millət sadəcə namazda əyilər, səcdədə diz çökər, başqa kimsənin önündə boyun əyməz. Üç-beş Avropalı faşistin, üç-beş kəndini bilməzin bu ölkənin qürururnu, şərəfini incitməsinə əsla imkan verilməyəcək. Bəzi Avropalı lider istinsna olmaqla, qalanlarına sözüm var. Sizlər türk millətini həzm edə bilməyəcəksiniz. Avropadakı qardaşlarımız oradakı sandıqları partladacaq. Avropalı qardaşlarıma səslənirəm, çox yaxşı gedirsiz. Ötən seçkiyə görə, bu dəfə daha çox səs verildi. Faşizmi tətbiq edənlərin nəvələrinə gərəkən cavabı verin".

Ərdoğan daha sonra 15 iyul çevrilişə cəhd gecəsi CHP lideri Kamal Kılıcdaroğlunun qaçıb gizləndiyini deyib:

"Mən "Yeşilköy"də millətimlə bərabər oldum. Amma o, qaçıb Bakırköydə partiyasının şəhər şöbəsi başqanının evinə getdi...".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA