Əsədin kimyəvi silahdan istifadə etdiyi təsdiqlənib - Türk nazir

img

06-04-2017 [12:05]


Türkiyənin ədliyyə naziri Bekir Bozdağ Suriyanın İdlib şəhərində hərbi təyyarələrin hava zərbəsindən sonra zəhərli qazdan ölənlərin meyitləri üzərində aparılan analitik ekspertizanın ilkin nəticələrini açıqlayıb.
 
APA-nın Türkiyənin "Yeni Şafak" qəzetinə istinadən verdiyi məlumata görə, B. Bozdağ analitik ekspertizada kimyəvi silahdan istifadə edildiyinin üzə çıxdığını bildirib.
 
Qeyd edək ki, aprelin 4-də səhər saatlarında müxalif Azad Suriya Ordusunun nəzarətində olan İdlib şəhərinin Xan Şeyhun qəsəbəsinə hava zərbəsi endirilməsindən sonra kimyəvi qazdan zəhərlənərək ölənlərin sayı 72 nəfərə çatıb. İdlibə kimyəvi bombaların Suriya, yaxud Rusiya qırıcı təyyarələrindən atıldığı bildirilir. Rusiya Müdafiə Nazirliyi isə Han Şeyhun qəsəbəsində silahlıların hərbi anbarının bombalandığını, anbarda kimyəvi silah saxlandığını iddia edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA