Türkiyəyə düşən Suriya qırıcısının pilotu tapıldı - Ruslar araşdırma aparacaq

img

05-03-2017 [18:23]


Martın 5-də Türkiyənin Suriyayla sərhədinə, Hatay vilayətinə düşən hərbi təyyarənin pilotu tapılıb. Axtarışlar 9 saatdan sonra nəticə verib. Pilot sağ-salamat Altınözü kəndində tapılılıb. O, xəstəxanaya çatdırlıb.

Şahidlər təyyarə düşərkən pilotun paraşütlə tullandığını bildirmişdilər. Bundan sonra havadan və qurudan onun axtarışlarına başlanılmışdı. Axtarış zamanı əvvəlcə paraşüt, sonra isə pilot özü tapılıb.

Adı açıqlanmayan 50-55 yaşlarındakı suriyalı pilot əvvəlcə polis şöbəsinə, ordan xəstəxanaya aparılıb.

Meşəyə düşən hərbi təyyarə isə tamamilə yanıb. Təyyarənin düşməsi ilə ərazidə çoxlu sayda ağacı qırıb. Təyyarəyə aid parçalar ətrafa dağılıb. Təyyarənin qalıqları üzərində rusiyalı hərbçilərin araşdırma aparacağı bildirilir.

İdlibi bombalayarkən təyyarəni Suriyanın şimalında yerləşən islamçı Ahraruş Şam qrupaşması vurub (azadliq.org).

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA