Ukrayna vətəndaşları üçün viza rejimi ləğv edildi – Avropa İttifaqı Şurası təsdiqlədi

img

02-03-2017 [23:31]


Avropa İttifaqı Şurası Ukrayna vətəndaşları üçün viza rejiminin ləğv edilməsinə razılıq verib.

Bu barədə qurumun saytında bildirilib.

"2017-ci ilin martın 2-də Aİ ölkələrinin səfirləri Ukrayna vətəndaşları üçün viza rejiminin liberallaşdırılmasına dair 28 fevral tarixli qeyri-formal razılaşmanı Şura adından təsdiqləyiblər”, – deyə məlumatda bildirilir.   

Saziş  Ukrayna vətəndaşlarına Aİ ölkələrinə yarım il dövründə 90 gündən çox olmayan müddətə səfər etməyə icazə verir.  

Razılaşma səsverməyə çıxarılması üçün Avropa Parlamentinə təqdim edilib.  

Fevralın 28-də Avropa Parlamenti və Aİ Şurasının nümayəndələri Ukrayna vətəndaşları üçün viza rejiminin ləğv edilməsini razılaşdırıblar. 

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA