"Obama telefon danışıqlarımı dinləyirmiş" - Tramp

img

04-03-2017 [20:10]


"Rusiya səfiri Sergey Kislyakın ABŞ baş prokuroru Ceff Seşns ilə ilk görüşü Baraka Obama administrasiya tərəfindən təşkil edilib".

Mia.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp özünün "Twitter" səhifəsində yazıb.

O qeyd edib ki, Kislyakla Seşns arasında ilk görüş 100 səfir üçün nəzərdə tutulan təhsil proqramı çərçivəsində keçirilib.

Tramp bildirib ki, Obamanın prezidentliyi dönəmində Kislyak 22 dəfə Ağ evdə olub.

ABŞ prezidenti həmçinin qeyd edib ki, sabiq prezident Obama onun telefon danışıqlarını dinləyib. Onun sözlərinə görə, telefon danışıqları 2016-cı il prezident seçkiləri öncəsi dinlənilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA