Partiya sədri haqda məhkəmə qərar verdi - 5 ay cəza

img

21-02-2017 [19:07]


Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş 5 ay azadlıqdan məhrum edilib.
 
APA-nın "Hürriyet”ə istinadən verdiyi məlumata görə, Doğubayazıt Cəza Məhkəməsi S. Dəmirtaşın Türkiyə dövlətini, dövlətin qurum və orqanlarını təhqir etdiyi üçün 5 ay azadlıqdan məhrum edilməsi haqda qərar çıxarıb.
 
Qeyd edək ki, HDP Türkiyə parlamentində millət vəkillərinin sayına görə 3-cü sıradadır. Bu gün Türkiyə Böyük Millət Məclisinin iclasında HDP-nin digər həmsədri Figen Yüksekdağ barədə məhkəmə hökmü təsdiqləndiyi üçün onun millət vəkili statusunu itirdiyi açıqlanıb. F. Yüksekdağ PKK terror təşkilatına yardım etməkdə ittiham olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA