25-02-2017 [13:32]
İtaliya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri senator Sercio Divina, habelə senatorlar Mariya Rizzotti və Hans Berqer Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə Senatda çıxış ediblər.
Mia.az APA-ya istinadən xəbər verir ki, senator Sercio Divina çıxışında bildirib ki, 1992-ci il fevralın 26-da baş verən hadisəni erməni tərəfi hərbi əməliyyat kimi qələmə verməyə çalışır, lakin həmin vaxt 600-dən çox mülki şəxs, o cümlədən 100-dən çox qadın, 150-dən çox uşaq və qoca qətlə yetirilib:
"Müharibə mülki əhaliyə, qadınlara, uşaqlara və qocalara qarşı aparılmır. Faciədən məlumatlı olmayanlar üçün bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bir hissəsi kimi başa düşülür. BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair 4 qətnaməsi Azərbaycanın bu ərazilər üzərindəki suverenliyini tanıyır, ötən 25 ildə burada etnik təmizləmə həyata keçirilib. Bir milyondan çox azərbaycanlı öz doğma yurdunda yaşamaqdan məhrum edilib, bu ərazilərdən zorla qovulub, bu səbəbdən də ölkənin müxtəlif yerlərində məcburi köçkün kimi yaşamağa məcbur olublar. Qafqaz bizim üçün nisbətən uzaq regiondur, buna görə də Avropa mətbuatı oraya az diqqət ayırır, oradakı vəziyyətlə bağlı düzgün informasiya vermir və kimlərinsə maraqları naminə propaqanda aparır".
Senator Mariya Rizzotti çıxışında bildirib ki, Romanın sakit mühitində yaşayaraq, Xocalı qurbanlarına qarşı törədilmiş vəhşilikləri və insanların keçirdikləri mənəvi sarsıntıları anlamaq çətindir:
"Bu gün Xocalı soyqırımının canlı şahidlərinin acı xatirələri var. İyirmi ildir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ və ətraf yeddi rayon olmaqla, Azərbaycan ərazilərinin 20%-i işğal altındadır. Təcavüz nəticəsində 20 min Azərbaycan vətəndaşı həlak olub, 1 milyon qaçqın və məcburi köçkün Azərbaycanda məskunlaşıb. Ermənistan qoşunlarının Azərbaycan ərazisindən geri çəkilməsini və qaçqınların öz yurdlarına qayıtmasını tələb edən BMT TŞ-nin 822, 853, 874 və 884 saylı 4 qətnaməsi var. Bundan əlavə, BMT Baş Assambleyası, Avropa Şurası, Avropa İttifaqı, Avropa Parlamenti, ATƏT və NATO kimi beynəlxalq təşkilatların münaqişə ilə bağlı bu tipli çoxsaylı sənədi mövcuddur. Bəs biz hələ nəyi gözləyirik? Bu məqsədlə İtaliya Senatı və hökumətini Xocalı Soyqırımını tanımağa, bu gün Ermənistanın siyasi və hərbi rəhbərliyini təşkil edən soyqırımı törədən şəxsləri ittiham etməyə və soyqırımı qurbanlarına mənəvi dəstək olmaq üçün Xocalı soyqırımına hüquqi və siyasi qiymət verməyə çağırıram. Həmçinin təklif edirəm ki, 26 fevral hər il Senatda Xocalı soyqırımının anım günü kimi qeyd edilsin".
Senator Hans Berqer bildirib ki, gələcəkdə bu kimi faciələrin qarşısının alınması məqsədilə İtaliya ictimaiyyətinin bu faciə haqqında məlumatlandırılması və Senatın faciəyə düzgün qiymət verməsi olduqca əhəmiyyətlidir:
"Təəssüf ki, tarixin qaranlıq səhifələrində itib-batmış və ictimaiyyətin diqqətindən kənar qalmış bu kimi vəhşiliyi ilə seçilən faciəvi hadisələr mövcuddur. Bunlardan biri də Azərbaycanda baş vermiş Xocalı soyqırımıdır. Mən özümü hamımızı bu soyqırımı unutmamağa çağırmağa borclu hesab edirəm. Ermənistanı Xocalı soyqırımı ilə bağlı tutduğu inkar etmə mövqeyindən və Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasətdən əl çəkməyə məcbur etmək üçün beynəlxalq ictimaiyyətə müraciət edirəm. Bu, insan hüquqlarının təmini və regionda sülhə nail olmaq məsuliyyətimizdən irəli gələn bir addımdır".
BMT-nin İrana qarşı sanksiyaları yenidən aktivləşdi - Qərb Tehrana həm çağırış etdi, həm də hədələdi
Aparıcı ilə müğənni efirdə "qırğın"a çıxdı - VİDEO
Bayrağımızda səhv etdilər - Anım Günü ilə bağlı (FOTO)
Türkiyədə zəlzələ olub - 5.4 bal gücündə
"Rusiyaya ən ağır zərbələri vuracağıq" - Zelenski
III MDB Oyunlarının Media mərkəzi fəaliyyətə başlayıb
Aşqabaddan İstanbula uçan təyyarə Bakıya məcburi eniş edib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Amerikalı nazir: "Azərbaycanın böyük enerji ehtiyatları var və..."
Misir prezidenti: "İsraillə müharibəyə girə bilmərik"
GENERAL VƏZİFƏDƏN AZAD EDİLİB - Fərid Əsgərov əmr imzalayıb
İntim videoları ilə məşhurlaşan FHN-nin polkovnikinə "yox" deyildi
Prezidentin əlindən tutduğu Nilay: "Soruşdu ki, harada qalıram?" - VİDEO, FOTOLAR (YENİLƏNİB)
İkinci Şəhidlər xiyabanının adı dəyişib - Açıqlama
Yol (esse)
General Mais Bərxudarov uzun müddət sonra göründü - FOTO
Prezident Gəncədə: Anım Günü qeyd edildi, Memorial Kompleksi, Avtoparkın, stadionun açılışları oldu - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Yevlaxda - Açılış + FOTOLAR
Azərbaycanda bir dəqiqəlik sükut olub
Ombudsman bəyanat yaydı - MƏTN
Prezident İlham Əliyev ABŞ-dan Vətənə dönüb
Azərbaycan xalqı Anım gününü qeyd edir - Dövlət və hökumət rəsmiləri Zəfər parkında + FOTOLAR (YENİLƏNİB)
Azərbaycan nefti 74 dollara satılır
Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım - FOTO
Prezidentdən Anım Günü ilə bağlı paylaşım - FOTO
Bu gün ANIM GÜNÜdür
Lamine Yamalın keçmiş sevgilisindən şok iddia: "Onun seksual qızlardan ibarət "ordu"su var, qrafikə uyğun..."
Mauro İkardi qol atdı, "Qalatasaray" qalib gəldi
Ərdoğan Britaniyanın Baş naziri ilə müzakirə aparıb - Telefonda
Ermənistan vətəndaşları Bakıda hakim qarşısında: Aprel döyüşləri ilə bağlı sənədlər elan olunub
Qəzzada yardım gözləyən 24 nəfər öldürülüb
“İmişli” və “Zirə” bir xala razılaşıblar
CHP Gürsel Təkini partiyadan qovub
Nazirlikdən hava şəraiti ilə bağlı əhaliyə - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Rəsmi Moskvadan Trampın Ərdoğana “Rusiyadan neft alışını kəs" çağırışına - Reaksiya
Milli Qəhrəmana həsr edilmiş tamaşanın premyerası olub
Fransa şokda - Dünya çempionu oğurluqda ittiham olunur
Serxio Buskets yaşıl meydanla vidalaşır: "Müqavilə yenilənməyəcək"
"Liverpul"dan ibarətlik addım - Qəzada ölən oyunçunun bütün maaşı ailəsinə ödənilib
Abşeronda qətl törədən ata-balanın cinayət işi məhkəməyə göndərilib
Vilayət Eyvazov və DİN-in rəhbər heyəti Zəfər parkında - VİDEO
"MEDİA könüllüləri" proqramına qeydiyyat elan olunub