“Milyarder molla, praqmatik mühafizəkar, iki oğlu həbs edilən prezident...” – Rəfsəncaninin portreti

img

09-01-2017 [19:07]


"O, praqmatik mühafizəkar və milyarder kimi tanınırdı".

Bu sözlərin müəllifi politoloq, Harvard Universitetinin eksperti, Beynəlxalq Amerika Şurasının prezidenti doktor Məcid Rəfizadədir.

"Al-Arabiya"da dərc edilən və İranın sabiq prezidenti, mərhum Haşimi Rəfsəncaniyə həsr edilən "Varlı fermerlikdən mühafizəkar İran prezidentinədək" adlı analitik yazısında M.Rəfizadə qeyd edib ki, Rəfsəncaninin ölümü İranın islahatçılar və mülayim mühafizəkarlar düşərgəsinə güclü zərbədir.

"Rəfsəncani Ayətullah Xamneinin vəkili və yaxın məsləhətçisi kimi sürətlə siyasi pillələri çıxdı", – deyə qeyd edən M.Rəfizadə İranın dördüncü prezidentinin keçdiyi mərhələləri bir-bir sadalayıb.

M.Rəfizadə yazır: "Şəxsi sərvəti 1 milyard dollar olan milyarder molla "Forbes" siyahısına da düşdü".

"Xomeyninin ölümündən sonra Rəfsəncani Ayətullah Əli Xameneinin İslam Respublikasının növbəti ali lideri olmasında mühüm rol oynayıb. Lakin sonra Rəfsəncani ilə Xamnei arasında mübahisələr artdı", – deyə müəllif yazının davamında qeyd edir.

M.Rəfizadə 2016-ci ilin martında Rəfsəncanin "Twitter"dəki sözlərini və Xamneinin buna necə təpki verdiyini xatırladır:

"Rəfsəncaninin beş övladından ikisi qısa müddətdə həbs olundu. Bundan sonra o, iddialarından geri çəkildi".

Strateq.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA