Sadettin Saran: "Başını təpiyin altına soxacaq komanda olacağıq"

img

29-09-2025 [00:32]


"Fənərbağça" klubunun prezidenti Sadettin Saran "Antalyaspor"a 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuata açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, prezident olduqdan sonra ilk matçında stadionda olduğunu xatırladım və inamlı mesajlar səsləndirib.

Sadettin Saran deyib ki, iddialı komanda yaradacaq: “Xatırlayırsınızsa, seçki zamanı həmişə deyirdim ki, başını təpiyin altına qorxmadan soxacaq komanda olacağıq. Bu gün Neneni gördünüz, bu gün komandadakı motivasiya fərqini gördünüz. Mən matçlardan sonra çox danışan prezident olmayacağam. Bu gün ilk matçım olduğu üçün danışıram. Bu komandada sevgi və özünə inam hər gün artacaq. Seçki zamanı həmişə birlik və həmrəylik demişəm. Bunu təkcə mən demirəm. Bunu azarkeşlərimizdən də gözləyirik. Çünki birləşməsək, çempion ola bilmərik. Hər gün daha yaxşı komanda görəcəyik. Futbolçularla daim görüşür, söhbət edirəm..."

Fərid ASLAN
Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA