"Bu, mafiyanı məhv etmək üçün mafiya qruplarından istifadə etməyə bənzəyir” - Baş nazir

img

03-01-2017 [14:38]


"Obama administrasiyasının terrorla  mübarizə aparmaq  üçün terror təşkilatlarından istifadə etməsi, mafiyanı məhv etmək üçün mafiya  qruplarından istifadə  etməyə bənzəyir”.

Bunu  Türkiyənin baş naziri  Binəli Yıldırım deyib.

ABŞ-nın yeni administrasiyanın buna son qoymasını istəyən Türkiyə baş naziri iki ölkənin uzun illər  NATO çərçivəsində strateji tərəfdaş olduğu xatırladıb:

"Dostun və düşmənin ortaya çıxmasının vaxtı gəlib. ABŞ bizim strateji tərəfdaşlığımızın hansısa  terror təşkilatı tərəfindən kölgəyə salınmasına imkan verməməlidir. Bir qərar  verin, Türkiyə ilə  bir yerdə olacaqsınız yoxsa terror təşkilatlarını bağrınıza  basacaqsınız?".

Yeni prezidentə səsələnən baş nazir ABŞ-ı bölgədə sabitlik yaratmağa çalışan Türkiyə kimi ölkə ilə iş birliyi qurmağa, səlahiyyətləri  bitmək üzrə olan hazırkı administrasiyanın üsullarından istifadə  etməməyə çağırıb.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA