ABŞ-da kilsəyə hücum olub, ölən və yaralananlar var - Tramp, nazir və FTB rəhbərindən açıqlamalar (FOTO)

img

29-09-2025 [00:05]


ABŞ-ın Mişiqan şttatındakı Grand Blanc qəsəbəsində kilsə silahı hücum olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə bir nəfər ölüb, 9 nəfər yaralanıb.

Miçiqan polisi bazar günü ayin zamanı kilsədə baş verən hadisəni qorxunc adlandıırb: "40 yaşlarında təcavüzkar avtomobillə kilsəyə gəlib. O, maşını əyləyən kimi ibadətdə olan insanları atəşə tutmağa başlayıb. Təəssüf ki, ölən və yaralananlarımız var. Atəşdən sonra kilsədə çıxan güclü yanğın ölüm halını daha da artıra bilər"

Yerli mətbuatın məlumatına görə, hücum edən şəxs polislə atışmada öldürülüb.

“Görünür, bu, ABŞ-da xristianlara qarşı növbəti hədəfli hücumdur”, - deyə ABŞ prezidenti Donald Tramp hadisəyə ilkin münasibətində bildirib.

O, Federal Təhlükəsizlik Bürosunün (FTB) rəhbər heyətinin dərhal hadisə yerinə göndərildiyini deyib: "Artıq federal araşdırma başlayıb. FTB ştat və yerli hakimiyyət orqanlarına tam dəstək verəcək. Şübhəli öldürüldü, lakin hələ çox şey öyrənilməlidir. Bu, ABŞ-da xristianlara qarşı növbəti hədəfli hücum kimi görünür. Ölkəmizdəki bu zorakılıq epidemiyası dərhal sona çatmalıdır".

ABŞ Baş prokuroru Pam Bondi da faktın daha dərindən araşdırılması məqsədiylə müvafiq tədbirlər görüldüyünü bildirib: "İbadət evində bu cür zorakılıq ürəkağrıdan və dəhşətlidir. Bu dəhşətli faciənin qurbanları üçün mənimlə birlikdə dua edin"

FTB direktoru Kaş Patel isə baş verən hadisəyə belə şərh verib: "Kilsədə - İbadət evində baş verən zorakılıq qorxaqcasına  törədilmiş hərəkətdir. Bu dəhşətli faciə zamanı qurbanlar və onların ailələrinə dua edirik".

Samir MUSAYEV

MİA.AZ
 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA