Obamanın qohumlarını pulsuz oxudub, seçkisinə yardım edib - TBMM-dən Gülənlə bağlı şok hesabat

img

24-12-2016 [20:10]


Türkiyə Böyük Millət Məclisi (TBMM) 15 iyulda dövlət çevrilişinə cəhdlə bağlı hesabat açıqlayıb.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, hesabatda ABŞ-ın prezidenti Barak Obama ilə bağlı diqqətçəkən şok məqamlar da var:

"ABŞ prezidenti Obamanın Kenyada yaşayan yaxın qohumları Fətullah Gülənə bağlı olan məktəblərdə oxuyublar. Onlar hətta təhsil haqlarından azad olunublar".

Hesabatda Fətullah Gülənə bağlı olan məktəblərin ABŞ-da sürətlə çoxalmasının səbəblərinə də toxunulub.

Bildirilib ki, bu məktəblər məhz Obamanın prezidentliyi dönəmində çox sürətlə artıb, genişlənib:

"Bundan başqa, FETÖ Obamanın prezident seçimi kampaniyasına da yaxından maddi və mənəvi dəstək verib. Obama prezident seçildikdən sonra isə Gülənin ABŞ üzrə imamı andiçmə mərasiminə də dəvət olunub, orada iştirak edib. Mərasimdən sonra isə FETÖ-yə bağlı olan məktəblər ABŞ-da çox böyük sürətlə genişləndi".

Hesabata görə, Fətullah Gülən və ona bağlı olan şəbəkə Hillari Klintonun seçki kampaniyasına da böyük məbləğdə maddi yardımlar edib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA