Səfiri öldürən polisin Gülənin adamı olmasına ABŞ-dan reaksiya: "İstintaq bitmədən..."

img

20-12-2016 [12:48]


Dövlət Departamentinin mətbuat katibi Con Kirbi Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova edilən silahlı hücumla bağlı suallara cavab verib.

Avropa.info xəbər verir ki, Kirbi sui-qəsdin arxasında Fətullahçı Terror Təşkilatı (FETÖ) ola bilməsi ilə bağlı iddialara sərt reaksiya verib:

"İstintaq yekunlaşmadan əvvəl verilən qiymətləndirmənin heç kəsə faydası olmaz” – deyib.

"ABŞ və mühafizə etdiyi Gülənin hər hansı bir şəkildə bu hadisənin bir hissəsi olmasına dair iddialar haqqında naratasınızmı?” – sualına cavab verən Kirbi iddiaları eşitdiyini, lakin qiymətləndirmə aparmaq üçün çox tez olduğunu deyib:

"Hal-hazırda istintaq başlayıb. İstintaq yekunlaşmadan verilən qiymətləndirmənin heç kəsə faydası olmaz. Diqqətimizi cəmləşdirmək lazımdır. İstintaq yekunlaşanadək lazımsız yerə bu məsələyə işarə vurulmamalıdır”.

Ölkəsinin hər zaman Türkiyəni dəstəklədiyini deyən Kirbi ABŞ-ın bu sui-qəsddə əlinin ola bilməsi ilə bağlı iddiaları rədd edib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA